Page 367 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 367

David Kartveliøvili

                                    2
             Müasir alәm tamamilә vә bütövlükdә kompüter texnologi -
          yasından asılıdır. Bu, Olimp dağında yaşayan allahlara yaxşı
          mәlumdu, onların hәr birinin kabinetindә iki-üç kompüter var.
          Bir dә ki, şübhәsiz, Olimp dağının bütün sakinlәri ingiliscә
          yaxşı danışırlar, çünki indi Allah da olsan, ingilis dili olmadan
          keçinә bilmәzsәn.
             “Onların yeganә mәqsәdi – öz üstünlüklәrini nümayiş
          etdirmәkdi, bu üstünlüyü tamamilә qәbul elәdiyimizә әmin
          olandan sonra bizә kompüter verәcәklәr”, –  haqlı olaraq belә
          düşünürdüm.
             Doğma gürcü, öyrәşdiyimiz rus vә mәcburi ingilis dilindәn
          başqa, biz – sıravi firma әmәkdaşları daha bir dil bilirik
          (yuxarıdakıların fikrincә, o qәdәr dә lazımi sәviyyәdә yox) –
          bu dil, şәrti olaraq bizimlә üçüncü mәrtәbәdәkilәr arasında
          formalaşmış dildi. İlk baxışda o  dilin qrammatikasında vә lek-
          sik tәrkibindә çәtin bir şey yoxdu: “Hә, әlbәttә”, “Siz hәmişәki
          kimi, haqlısınız”, “Siz tamamilә haqlısınız” vә s. vә i. Digәr
          tәrәfdәn, әgәr bu ifadәlәri Vaxo ilә daimi ünsiyyәt zamanı
          işlәdirsәnsә, bu zaman çәtinlik psixoloji xüsusiyyәtә malik
          olur.
             Vaxo firmanın ofis meneceri, allahların xәbәrçisidi. O, nә
          üçüncü mәrtәbәyә mәnsubdu, nә ikinci mәrtәbәyә, amma özü
          öz mәnsubiyyәtinә zәrrә qәdәr dә şübhә elәmir, özünü ona
          uyğun aparır. “Hә, әlbәttә, siz tamamilә haqlısınız”, –  o
          dәyәrli insana deyirәm, bir daha hiss elәyirәm ki, içimdә
          hiddәt qaynayır, gәlib boğazıma tıxanır (әvvәllәr bu cür obrazlı
          ifadәlәri mәnasız sayırdım, amma indi onların tәsirini duyu-  367
          ram). Mәni tәkcә Vaxo sakitlәşdirir: onlarla Vaxo vasitәsilә
          danışıram.

                                    3
             İndi kompüter arxasında özüm әylәşir, kağıza yazılmış
          mәtni yığmağa başlayıram. Yuxu dәrmanının reklamı. Biz ba -
          laca olanda yuxu dәrmanını “yatmaq dәrmanı” adlandırırdıq,
   362   363   364   365   366   367   368   369   370   371   372