Page 362 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 362

Görcö nÿsri antologiyası

                   – Onda niyә soruşursan?
                   – Yorulmuşam... Bәzәn adam çox yorulur.
                   – Hә, amma bu da heç nәyi dәyişmir.
                   – Yaxşı ki, bir daha dünyaya gәlmәyәcәyik; mәn, doğrudan
               da, çox yorulmuşam.
                   – Yorulmaq olmaz, bununla heç nәyi düzәldә bilmәzsәn.
                   – Amma onun yaxşı yumor hissi var...
                   – Demә, bizi әmәlli-başlı әlә salır.
                   Amiran qәfildәn dillәndi:
                   – Onlar onu dәli elәyәrdilәr...
                   – Kimi?
                   –  Tanrını. Onu çarmıxa çәkmәsәydilәr, dәli olardı.
               Adamların ucbatından.
                   – Sәn dә söz danışdın... Hәqiqәtәn, otuz dörd yaşlı İsa
               Mәsihi tәsәvvüründә canlandır. İl – az müddәt deyil...
                   N xaç çevirdi.
                   – İkiniz dә susun, –  o, başını silkәlәyib hökmlә dedi. – Nә
               yorulmaq, nә dә dәli olmaq lazımdı. Yıxılmaq da olmaz.
               Qalxıb irәli getmәk lazımdı.
                   N-nin evindә işıq heç vaxt sönmürdü, elә bil elektrik
               lampasını yandırıb qızınmaq üçün ona qısılırdın.  Amiran
               divanın üstündә oturdu. Uzun barmaqları vardı, özü isә çox
               arıq idi. Divanın üstündә “Ustad vә Marqarita” kitabı vardı.
               Sarı rәngli cildindә fiqurları aşmış şahmat taxtası çәkilmişdi.
               Amiran kitabı әlinә aldı.
                   – Siz kimsiniz? – o, hәr ikisinә nәzәr saldı.
                   Ortaya naqolay sükut çökdü. Elә bil qaranlıq vә yad
        362    şәhәrdә bir-birini çoxdan itirmişdilәr, indi tapışıb
               neylәyәcәklәrini bilmirdilәr.
                   Amiran kitabı әlindә saxlamışdı. Sarı rәngli cildin
               üzәrindәki quru әllәri göyümtül damarlarla dolu idi.
                   O, qәfildәn bura birgә gәldiklәrinә tәәssüflәndi. Artıq
               gedib yatmaqdan başqa, heç nә istәmirdi.
                   – Şahmat oynaya bilirsәn? – N kişidәn soruşdu.
                   Amiranla N fiqurları taxtanın üstünә düzmәyә başladılar.
   357   358   359   360   361   362   363   364   365   366   367