Page 363 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 363
Beka Kurxuli
O isә mәtbәxdәn iri, hisli sapılcanı gәtirib elektrik pilәtәsinin
üstünә qoydu. Sonra içindә Ceyms Kukun barmaqları olan
kolbasanı doğradı, bir qәdәr qızardıb üstünә bir neçә yumurta
vurdu. Axırda stәkanları gәtirdi.
– Amiran, sәn araq içәcәksәn?
– Hә. Arağı xoşlayıram. Orduda tez-tez içirdik...
– Orduda xidmәt elәmisәn?
– Hә, burada, Orxevidә. Tәmir bölmәsindә. Orada yük
maşınlarının mexaniklәri vardı.
– Onlar sәnә ilişmirdilәr? – N qәfildәn soruşub gәrildi. –
İncitmirdilәr sәni?..
– Yox, tәmiz süpürüb yığışdıranda heç kәs danlamırdı,
әksinә, bizә silah vermәdiklәrinә görә, mәn özüm onları
söyürdüm. Orduda xidmәt elәyirdik, amma әlimizә bir dәfә dә
olsun, silah almamışdıq. Deyirdilәr ki, uşaqlar müharibәyә
gedib, silahları da özlәri ilә aparıblar. Silah orada lazım imiş.
Siz müharibәdә olmuşsunuz?
– Yox.
Yemәk hazır idi. Süfrә arxasına keçdilәr. Kolbasalı
qayğanaq yeyir, araq içib qızışırdılar. Amiran da içirdi. Dәli
olduğu qәti bilinmirdi. Ancaq hәrdәn külqabını silkәlәyirdi.
Dedi ki, tütün qoxusuna dözmür.
Günortanın istisi gecә donmuş pәncәrәdәn içәri süzülürdü.
Amiran artıq çıxıb getmişdi. Ev tamam siqaret qoxuyurdu.
Siqaret tüstüsünә qarışmış Günәş şüası heç dәyişmәmiş
otaqdakı toz qatının üstünә zolaqlar salmışdı. Yalnız külqabı
boş idi.
363