Page 358 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 358
Görcö nÿsri antologiyası
– Bәlkә, “çariça”nı kәllәnә çırpaq?.. Bәs David Narin yox
idi?.. Araq alaydın, qızışaydıq, zәrәrçәkәnә dә verәydik...
– İş başındayıq!
N şüşәni dodaqlarına aparıb bir qurtum içdi. Onu titrәtmә
tutdu – doğrudan da, soyuq idi.
Şaxtalı dekabr gecәsindә şampan içir, xırıltılı sәslә gülür -
dülәr.
– İndi yekә Günәşi olan isti ölkәlәrdәn birindә olasan...
– Floridada... Mayami, uzunqıç, lüt qızlarla dolu çi -
mәrlik... Kefini çәk...
– Hәtta adam belә yerlәrin olduğuna da inana bilmir.
– Mәn dә inana bilmirәm. Amma var axı.
Bәlkә, var, bәlkә dә, yoxdu.
– Mәnim üçün elә yerlәr yoxdu. Biz ora heç vaxt gedә
bilmәyәcәyik.
– Cәhәnnәm olsunlar!.. Buna görә kefini pozmağa
dәymәz, qardaş, on iki çinlini xilas elәmiş, hәmin o çinlilәri
satan mister Sinqi yalın әllәriylә boğmuş butlegeri, ölmәz
Harri Morqanı, bir qolunu itirәndәn sonra tәk әllә dә dörd
Kuba inqilabçısının öhdәsindәn gәlmiş, sonra qarnındakı dörd
güllә yarasıyla barmen Freddinin “Kraliça Konçey” qayığının
dibindә yıxılıb qalmış, qanını dәnizin balıqlarına içirәn,
bununla belә, hәyatdan bәrk-bәrk yapışmış Harri Morqanı
xatırla!.. Bu ki, mәhz Floridada baş verib! Ki-Uestdә...
– Onun gonbul, eybәcәr bir arvadı da vardı axı... Әnlik-
kirşanlı, sarışın qadın. Çox çirkin vә dikbaş imiş... “İlahi, hәr
dәfә o sifәtә, o lәnәtә gәlmiş sifәtә baxanda ağlamaq
istәyirәm...”
358
– Belinski küçәsindә yaşayan rәfiqәm dә hәr dәfә
dalaşanda belә deyirdi. Qışqırır, sonra qәfildәn dillәnirdi:
“Mәnim sifәtim!..”
– Yeri gәlmişkәn, o rәfiqәn hara yox oldu?
– Әrә getdi. Daha doğrusu, hәlә getmәyib, tezliklә
gedәcәk. İki min ildәn sonra mәnim bütün rәfiqәlәrim әrә
gedәcәk, uzun vә xoşbәxt ömür sürәcәklәr... Yalnız mәn daim
cürbәcür zibillәrә düşәcәm.