Page 354 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 354
Görcö nÿsri antologiyası
bilәrdi axı: az qala kor idi, iki addım uzağı görmürdü, qadın -
ları sevmir, özünü vәtәnә qurban vermәk istәmirdi... Deyirdi,
qoy vәtәn özünü mәnә qurban versin... Şübhә elәmirәm ki,
sәni özündәn çıxaran da onun tәsiridi...
“Uliss” – dünyada әn yaxşı kitabdı!
– İkiniz dә cәhәnnәm olun!.. O da fırıldaqçı idi, hamınız
yalançısınız, özünüzü elә göstәrirsiniz, guya başa düşür -
sünüz... Necә deyir: “burnufırtıqlı yaşıl dәniz”?..
– Sәnsә, “dәniz”dәn artıq bir şey oxumamısan, nә qanırsan
axı?
– Nәdi, mәn dәli-zadam ki, “burnufırtıqlı dәniz”dәn başqa
bir şey oxuyum? Lazım deyil, sağ ol!..
– Bәlkә, irlandların dәnizi belәdi, sәn axı görmәmisәn,
bilmirsәn, amma danışırsan...
– Dәniz hәr yerdә eyni cürdü. Arabir dәnizә dibinin,
batmış gәmilәrin vә hәlak olmuş dәnizçilәrin rәngi qarışır.
– Bir dә o dәnizçilәrlә yatmış, sahildә göz yaşı tökәn fahi -
şә lәrin rәngi.
– Yaxşı dedin! Onun bәxti gәtirib, әbәs yerә dahi sayılmır,
bizsә burada әlimizdә mәtbәx bıçaqları qaçırıq...
Bu mәqamda uzun, dәmir barmaqlıqlı hasara çatdılar.
Hasarın o tәrәfindәki qaranlıq bağ sehrli yer idi: bura geyimli
girib geyimsiz çıxa bilәrdin, ya da әksinә. Bağda mәşhur bir
tikili dә vardı. Ortaçalaya gedәn avtobuslara gecikәnlәrin,
demәk olar, hamısı yolunu bu bağdan salırdı. Tәhlükәsizlik
keçib gedәcәyin mәsafәdәn asılı idi: nә qәdәr çox addım
atırdın, xoşagәlәmәz hadisә ilә üzlәşmәk imkanın o qәdәr
artırdı. Gecә bağdan keçmәk yanındakı qaranlıq küçәylә
354
getmәkdәn daha tәhlükәsiz idi: bağdan çılpaq da olsa, sağ çıxa
bilәrdin, küçәdә isә sәni elә paltarlı öldürә bilәrdilәr.
İndi bağı da, içindәki binanı da kimsә almış, әtrafında elә
bir hasar ucaltmışdı ki, artıq nә gizlәnmәk, nә yolu qısaltmaq,
nә dә gödәkcә tapmaq olurdu. O vaxtsa bağ onların bağı,
onların әrazisi idi.
Bir-birinә dolaşmış iki ağacın dibindә gizlәndilәr. O,
çömbәlib narahat halda siqaret çәkirdi. Heç kәs gözә dәymirdi.