Page 350 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 350

Görcö nÿsri antologiyası

                   Yanğın şiddәtli idi.  Amma istәsәlәr, nәzәrdә tutsalar,
               uduzsalar da, hәr şey açır-aşkar idi.
                   Döyüşürdülәr. Çarpışırdılar. Hәm dә hәlak olurdular.
                   Bayırda atışma sәslәri eşidilirdi. O, evdә oturmuşdu, tele-
               vizora baxır, kompot içir, sevinirdi ki, küçәdә deyil. Telefon
               zәng çaldı. Bu başqası yox, N idi. Mәsәlәn, Çexov da şәhәrlәri
               daim belә adlandırırdı: “Quberniya şәhәri N-dә...”
                   – Mәnәm.
                   – Hә...
                   Bir müddәt susdu, elә bil nәfәsini dәrirdi. Sonra qәfildәn
               dillәndi:
                   – Bir şey olsa, işә gedәrsәn?
                   “Bir şey olsa...”  Bu mәhz onun üslubunda idi, mәnası belә
               çıxırdı: bir hәftә әvvәl “İsani” metrosu yaxınlığında yeznәsinin
               tәpәsindәn yaxşıca ilişdirib, gödәkcәsini әynindәn soyun-
               durublar. Özünә gәlәn kimi, sifәtlәrini xatırlamasa da, dәrhal
               bunun әvәzini necә çıxmaq barәdә düşünüb. Hәmişә belә olur:
               gecә lülqәnbәr evdәn çıxır, ya özü başqasının gödәkcәsini
               әlindәn alır, ya da onun gödәkcәsini soyundururlar. N bu
               mәşğuliyyәti, bir dә Coysla Folkneri, tiryәk çәkmәyi, “Ustad
               vә Marqarita”nı vә Merab Mamardaşvilini sevirdi. Qoy dekabr
               şaxtasında, güllәlәr bir-bir ötüb döngәlәrin birindә qәfildәn
               kiminsә sifәtindә qәmli tәbәssüm, qәlbindә kәdәr yaxalayan
               bir vaxtda Azazello, yaxud Coys onunla birgә qarәtә getsin...
                   Bir dә ki, bütün bunlar kimә lazım idi?..
                   Bayırda gecә güllәlәrlә şәhәri dәlik-deşik elәyirdi.
                   Hә. Sәndәki hәvәsә bir bax! Vurarlar, oradaca gәbәrәrik.
                   – Mәnә gödәkcә lazımdı!
        350
                   – Çәtin olacaq. Baş tutmaz. O gödәkcәni unut, cәhәnnәm
               olsun...
                   – Heç cür olmaz. Tәk gedәrәm... taparam.
                   – Uşaqlara zәng elәdin?
                   – Hamısı getmәkdәn boyun qaçırdı...
                   – Bax görürsәn? Zezva hardadı?
                   – Şәhәrdә deyil, harasa gedib. Hara getdiyini heç kәs, heç
               özü dә bilmir. Onu ki tanıyırsan...
   345   346   347   348   349   350   351   352   353   354   355