Page 352 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 352
Görcö nÿsri antologiyası
mavi rәngli forma geyinmiş on beş-iyirmi polis nәfәri dayan -
mışdı. Belә formanı indiyәcәn görmәmişdi, bundan sonra da
görmәdi. Polislәr cüssәli cavanlar idi, onlar zirehli jilet
geyinmişdilәr, çiyinlәrindәn AK-74 asılmışdı. Bәzilәri silahı
hazır tutmuşdu.
İntizarlı sükutda ratsiya nәsә xırıldadı. Polislәr dәrhal
cәrgәyә düzülüb sıra ilә metrodan çıxdılar, gecәnin qaran -
lığında gözdәn itdilәr. Bayırda bәrk şaxta vardı. Dekabr gecәsi
hiylәgәrcәsinә pusquya yatmışdı. Uzaqda atılan güllәlәrin әks-
sәdası boğuq vә tәhdidedici idi.
O, burun pәrәlәrini şişirdib havanı dәrindәn ciyәrlәrinә
çәkәrәk küçәyә baxdı vә daxilindәn gәlәn sәsi eşitmәyә
çalışdı.
Budur, gәlib çatdı... Hәr dәfә iş әrәfәsindә belә olurdu.
Tanış vә doğma hissin qәlbini patron darağı kimi necә doldur -
duğunu anlaşılmaz sevinclә hiss elәdi. Bütün bunları da daha
çox tanış olan başqa bir hiss – qorxu hissi – müşayiәt edirdi!
“Getdik!” – o, öz-özünә deyib, yeyin addımlarla küçә ilә üzü -
aşağı enmәyә başladı. Lap yaxında avtomat şaqqıldadı.
Güllәlәr bir-birinin ardınca Metexi qalasına sarı uçurdu. Güllә
sәslәri hәvәsini daha da artırdı: “Ey tacir, sәn yardım gözlә -
mә... Biz bataqlıqda yuyunmuş tәcrübәli uşaqlarıq”. O, şaxtaya
müqavimәt göstәrә-göstәrә, az qala, qaçırdı. “Hә, möhkәm
ol!.. Bu gecә kef elәyirik, şәhәr bizimdi!”
N öz evinin girişindәki oturacaqda oturub әsәbi halda
siqaret çәkirdi.
– Harada itib-batmışdın? Narahat oldum...
352 – Metroda ilişdim. Orada bir dәstә avtomatlı, ratsiyalı polis
vardı. Özün bilirsәn ki, bu sәfehlikdi... Tutarlar, gözlәrini belә
qırpmadan güllәlәyәrlәr.
– Mәnә gödәkcә lazımdı!
– Yaxşı, necә istәyirsәn. Yarağın hanı?
– Tәmir üçün Nodara vermişәm. Güllәdanı ilişirdi axı.
– Eybi yoxdu. Bizә, onsuz da, cәmi bir dәfә üçün lazımdı.
Get, ondan al.