Page 356 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 356

Görcö nÿsri antologiyası

               açır, yalnız öz borclarını yerinә yetirirdilәr.. Adama elә gәlirdi
               ki, şәhәri şәr ruhlardan qoruyurlar.
                   Atası yadına düşdü. Yәqin, o da yatmırdı. Yekәpәr, tәkgöz,
               insult keçirmiş kişi gecә oyaq qalır, gündüzsә öz kreslosunda
               mürgülәyirdi. Ata-oğul bir-birinә çox oxşayırdı, eyni cür höcәt
               vә düşüncәsiz idilәr; sifәtdәn dә bir-birinә bәnzәyirdilәr, eyni
               xoşagәlmәz hәyat tәrzi keçirir, elә bilirdilәr ki, indicә hәr şey
               sona çatacaq. İkisi dә son mәhkәmәni gözlәyәn tamamilә
               bezmiş, silah kimi boşalmış әsirlәri xatırladırdı. Bilirdilәr ki,
               yaxşı heç nәyә layiq deyillәr, amma eyni tale yaşayan adamlar
               kimi bir-birini sevir, birgә yaşamağa çәtinliklә tab gәtirirdilәr.
               Bir-birinә demәyә sözlәri qalmamışdı, onsuz da, hәr şey çox-
               dan aydın idi, pis keçmiş hәr şeyi udmuşdu, dinib-danışmadan
               oturmaq isә daha pis, daha dözülmәz idi... Әsәblәri son hәd -
               dәcәn gәrilirdi, o, atasının yanında “öz” kreslosunda әylәşib,
               eyvanın açıq qapısından özgә evlәrinә baxırdı. Onlar hәtta bir-
               birinә baxmadan gözlәrinin ifadәsini duyurdular. İkisi dә özlәri
               üçün әziz olan hәr şeyi itirmişdi. Hәyatları cәhәnnәmә vasil
               olmuşdu. İndi isә oturub özlәrinin dәbdә olan sәfeh zarafat -
               larına gülürdülәr, elә bil heç nә baş vermәmişdi, ya da qaşlarını
               çatıb qızğın hücuma keçmiş döyüşçülәr kimi susurdular; bu
               hücum da daha ağıllı vә çevik olanların hәr şeylәrini әllәrindәn
               almaları, üstәlik dә, bunu çoxsaylı möhürü olan sәnәdlә
               tәsdiqlәmәlәri ilә başa çatmışdı ki, bәs әzәldәn sizin olanlar,
               әslindә, çoxdan bizә mәxsus imiş...
                   Ata-oğul bu işdә bir-birini günahlandırır, elә buna görә dә
               dinib-danışmırdılar. Sonra dözmür, söhbәtә başlamaq üçün
        356    cәsarәtsiz addımlar atırdılar ki, bu da onları daha çox әsәbilәş -
               dirirdi. Ata oğulun nәzәrlәrini tutmağa çalışırdı, hәr ikisinin
               dә bir gözü digәrindәn iri idi. Onlar acıqlananda iri gözlәri
               kiçilir, kiçik gözlәri isә böyüyürdü. Bir-birinә baxa-baxa,
               hiddәtlәnmiş, qәzәbdәn ağıllarını itirmiş halda otururdular.
               Sonra ata növbәti vazı ona tolazlayır, hәr ikisinin kiçik gözü
               irilәnir, iri gözü daha da böyüyürdü. Bu mәqamda oğlan qaçıb
               evdәn çıxır, hәr dәfә dә otaqdan keçәndә nәzәrlәri onlara çox
   351   352   353   354   355   356   357   358   359   360   361