Page 361 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 361
Beka Kurxuli
– Bәs hara gedirdin, Amiran?
– Bacımgilә. Evdә heç kәsi tapmadım, qәrara gәldim ki,
onlara gedim.
– Harada yaşadığını bilirsәn?
– Әlbәttә, “İsani” metrosunun yanında.
Bağdan küçәyә çıxdılar. Köşklәrin gecә işığı hәlә dә
yanırdı. Birinә yaxınlaşdılar, çörәk, on yumurta, iki şüşә araq,
içindәn hәtta Ceyms Kukun barmağı belә çıxacaq kolbasa
aldılar.
– Amiran, gәl bizimlә gedәk, – N dedi.
– Yaxşı, amma yalnız qonaq kimi...
– Әlbәttә, qonaq kimi...
– Eviniz var?
–Var.
Sәhәrin ayazında doğan Günәşlә birgә tanış mәmnunluq
duyğusu da qayıtdı. Hәr şey bitdi, tәhlükә sovuşdu. O, yorğun
vә sәrbәst, hәr halda sağ-salamat addımlayırdı, ilişmәli bir şey
yox idi. Geri çәkilmәmiş, sonacan hәr şeyә hazır dayanmışdı,
әgәr pis bir şey baş vermәmişdisә, demәli, belә lazım idi.
Hәrçәnd hәr şey gözlәdiyindәn dә yaxşı başa çatmışdı. Uzun
müddәt bununla fәxr elәyәcәk, inanacaqlar ki, bu cür
әhvalatlar nәyisә sübut elәyir, indi onların zamanıdı, bütün
bunlar da çox vacibdi, şәrәf mәsәlәsidi, ona görә özlәrinin vә
başqalarının hәyatı ilә oynamaq hüquqları var, elә bil ikisi dә
onlara mәxsusdu. Әgәr bu zibildәn sağ çıxsan, gülmәlisәn, sağ
çıxmasan, ölüdәn dә pissәn. Bunu çox gec, illәr keçәndәn
sonra dәrk elәdilәr...
İndi isә gödәkcә әvәzinә ağıldankәmlә evә qayıdırdılar. 361
Amiran sakitcә onların yanıyla addımlayır, hәtta söhbәtә
qoşulmağa çalışırdı. Onun iri әllәri, sәmimi baxışları vardı.
Artıq hava da tamam işıqlaşmışdı.
Köhnә qatil Tbilisi hәmişә mәhz bu vaxt oyanır.
– Ey! – o, N-i sәslәdi. – Sәn belә düşünmürsәn?...
– Nә bilim. Yәqin ki, hә?.. Bәyәm sәn bilirsәn?..
– Yox.