Page 353 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 353

Beka Kurxuli

             –  Yoxdu, kәndә gedib.
             Әvvәlcә elә bildi hәr şey tәxirә salınır, rahatlıqla nәfәsini
          dәrdi. Amma sonra dәrk elәdi ki, vәziyyәt daha da pislәşir.
             – Hә?.. Bәs neylәyәcәyik?
             – Bura bax! – N kәmәrin altından bir cüt әyri bıçaq çıxardı.
          Tәzә, iti tiyәlәr parlaq işıqda bәrq vururdu. O, qaranlıqda N-
          ya baxıb sәfehcәsinә güldü.
             – Bir buna bax! Nәdi, yoxsa Әlibabasan?
             – Bildiyimiz yerdә pusqu qurarıq...
             – “Bizim yerimiz indi qrammafondadı,” – tanış qız belә
          deyәrdi. –  Bizi tumanımızacan soyundurarlar ki... Soyuqdu,
          Valik-can!...
             N astadan, gәrgin halda güldü.
             – Mәnә gödәkcә lazımdı axı!
             Dediyindәn dönәn deyildi. Hәmişә belә olurdu, güzәştә
          gedirdi, vәssalam. Bir söz desә, elә tәkәbbürlә deyәcәk ki, elә
          bil bayaq siciliyalıların “Toto” adlandırdıqları Salvatore Rini -
          nin dalına bir tәpik vurub.
             – Yaxşı. Getdik!
             N sifәtini bürüşdürmüş halda gedirdi. O, çox qәzәbli idi,
          boynunun ardında qanı qurumuş yara vardı.
             Әtrafda hәr şey narahat vә çox tәhlükәli idi. Bayaqkı
          hәvәsi keçib getmişdi. Dinib-danışmadan, gecәnin zülmәtinә
          ehtiyatla nәzәr sala-sala, amma cәsarәtli vә tutqun görkәmlә
          gedirdilәr.
             Gәrginlikdәn ağzının küncü dartınırdı. Qәfildәn qorxu vә
          susqunluq onu bezdirdi.
             – Sәnә deyirdim axı...                                353
             N onu narazı halda süzdü:
             – Nә deyirdin?
             – Bәsdi, bu işlәrә son qoy...
             N qәfil hiddәtdәn boğulan sәslә dillәndi:
             – Nә deyirsәn?
             – Sәnә neçә dәfә demişәm, o sәfeh irlandiyalının
          kitablarını oxuma. Heç bir xeyir görmәyәcәksәn. Yaxşı nә yaza
   348   349   350   351   352   353   354   355   356   357   358