Page 349 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 349
Beka Kurxuli
BOŞ KÜLQABI
Tale – pullarını dönә-dönә sayan quldur kimi öz
yaralarını sayır...
Baadur Balarcişvili
ündüzlә gecәnin bir-birini hәyәcan siqnalı kimi
Gәvәzlәdiyi vaxtlar idi. Hәr bir dәqiqә oğrun canavar
izlәritәk möhürünü qoya-qoya öz payını tәlәb elәyirdi. Hәyatla
ölüm öz görkәmlәrini qәribә tәrzdә dәyişmiş, eyni cür
mümkünsüz, әlçatmaz olmuşdular. Keçmiş qәlәbә vә mәğlu -
biyyәtlәrin çulğaşmış tarixçәlәri isә hәlә dә dincliyini pozub,
sәni geri qaytarır, elә bil qaçanda gözmuncuğunu hardasa salıb
itirmisәn.
Tbilisi hәlә özünә oxşayırdı. Hәr şeyi dәrk elәmәk hәm
çәtin, hәm dә asan idi. Әldәn düşmüş yorğun, tutqun şәhәr
sahibini itirmiş samuray kimi, qiyama qalxıb xarakiri elәmiş,
qana bulaşmış halda öz dәrәsinә yıxılmışdı.
Bunda da qeyri-adi bir şey yox idi. Yanğında başqa – neçә
әsrlәr boyu şәhәrin, onun küçә vә evlәrinin, alovun içindәn
başlarını qürurla dik tutmuş övladlarının keçib getdiyi – od
әks olunurdu. Çoxları tәlәf olmuşdu, qәbiristanlıqlar dolub-
daşırdı... Amma hәr şey gerçәk vә tamamilә aydın idi. Sonra
o çaqqallar hәr şeyi öz bildiklәri kimi bәzәyib geri qayıtdılar.
Sayları çox idi... Belәlәri odun içindәn keçmәyi bacarmır,
tüstüyә nifrәt elәyirlәr. Onlar qana bulaşmış samuraya geyşa
әnlik-kirşanı sürtdülәr, bu cür dә yaşamağa mәhkum elәdilәr. 349
Hәmin vaxtlar Tbilisi küçәlәrindә ayağında sәndәl, çiynindә
çanta olan sadәlövh turistlәr dolaşmırdı, heç şәhәr dә işıq vә
musiqi qarışığından ibarәt diskoteka zalına oxşamırdı... Alov
cövlan elәyir, alovun içindәn dә özlәrini qәbirә çatdırmaq,
şәxsәn yandırdıqları şәhәrin qalıqlarını götürüb aparmaq üçün
cavanlar çıxırdılar. Onların әvәzinә isә “one, two, three,
four...”lar öz butiklәri vә digәr mәnasız şeylәri ilә qaçıb
gәlirdilәr.