Page 346 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 346
Görcö nÿsri antologiyası
dәlixanadı vә bәlkә dә, haqlı olacaq… Doğrudan da, maralda,
yaxud doğma oğlunun söydüyü adamda yaxşı nә var axı?..
Az sonra keçilәrin dalınca getmәliyәm, söhbәti bitirmәk
vaxtıdı... İndi Valiko әminin necә olduğu gün kimi aydındı,
maralı isә bu gün dә olmasa, sabah kimsә vuracaq, çünki әlә
öyrәdilib, adamdan qorxmur. Eliauri mümkün qazancdan
xәbәr tutsa, yekә qarnıyla dağlara, Arxangel meşәsinә
qalxmağa tәnbәllik elәmәyәcәk. Eliauri bir yana, heç kәs
maralın әhlilәşdirilmiş, meşәninsә monastıra mәxsus olduğunu
vecinә almayacaq. Gör Polkovnikә necә maraqla qulaq
asırdılar! Bir dә gördün sәhәrin gözü açılmamış hamısı ova
çıxdı... Özü dә birgә yox, bir-birindәn xәlvәti, hava işıqlaş -
mamış, tәk-tәk... Әminәm ki, Valiko әmi heç vaxt belә hәrәkәt
elәmәzdi, elә Polkovnik dә. Qaşqabaqlıdı, acıdil, qәzәblidi,
amma pislik elәmәz. Üstәlik dә, heyvanları adamlardan çox
istәyir. Dağlardan kәndә maral, yaxud cüyür gәlib çıxsa,
rahiblәr kimi onlar da Polkovnikin evinә gedәr. Polkovnik dә
aldatmaz, hәyәtinә aparar, yer verәr, yedirib-içirәr, qoymaz ki
kimsә – nә Makrinenin oğlu, nә Eliaurinin özü – onları in-
citsin. Belә adamdı da – keçmişdәn qalan ciddi qaydalara әmәl
elәyir: yatanda böyrünә qoşalülәsini hazır qoyur. Elә o maral
da kәndә gәlib çıxsaydı, rahiblәrin acığına saxlayar, qulluq
elәyәr, sonra da qaytarardı: “Alın, ay bacarıqsızlar! Siz itirdi-
niz, mәnsә qoruyub saxladım”. Dәqiq bu cür elәyәrdi, sonra
da әlavә bir-iki yağlı söz deyәrdi...
Polkovnikin yox, mәnim evimә gәlsәydi, yaxud keçilәrin
dalınca gedәndә rastlaşsaydıq, daha yaxşı olardı. Allah
346 elәmәsin ki, başqasına rast gәlsin. Rastlaşsam, evә gәtirәrәm.
Әlә öyrәşibsә, adamsız çәtinlik çәkirsә, niyә dә gәlmәsin? Bir
kәndin içindәn keçib-gedәydim, maral da dalımca gәlәydi!
Bundan sonra evlәnmәk dә, uşaq sahibi olmaq da pis deyil.
Öz uydurmalarımdan әlavә oğullarıma da danışmağa bir
sözüm olar...
Uzanıb mürgülәyirәm. Gerçәklikdәn aralanıb yuxuya get-
diyim belә mәqamları çox sevirәm... Bu yuxu deyil, bәs nәdi: