Page 342 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 342
Görcö nÿsri antologiyası
birini dә özü içdi. Sonra arxayınca sükan arxasında әylәşib
getdi. Uşaq vaxtı da bu cür ağır, xırdaçıydı. İdmanda da bu cür
idi – birgә gülәşlә mәşğul olurduq. Bәyәm atasının harada
oldu ğunu әvvәlcәdәn bilmirdi? Çox gözәl bilirdi! Amma iki
hәftә gözlәdi, arvadıyla evdә kefini sürdü. Sonra maşını yük -
lәyib getdi...
O, atasının gecәyarı hara yox olduğunu bilirdi, heç olmasa,
ona görә ki, Valiko әmi bir neçә dәfә demişdi – mәncә, bizim
evdә dә belәdi: bәs demәzsәnmi, daha bu cür yaşaya bilmirәm,
monastıra getmәk istәyirәm, rahiblәr bir tikә minnәtsiz çörәk
verәrlәr... Vadinin o biri tayındakı monastırda rahiblәrin mәs -
kәn saldıqlarını eşidәndәn elә hey tәkrar elәyirdi, amma çıxıb
getmirdi. Tәkcә oğlu Paata yox, gәlini dә ona әl qaldıranacan
dözdü. Buna dözmәdi – qaçdı.
Paata onu geri gәtirәndә gördüm. Mәnә elә gәldi ki, Valiko
әmi arıqlayıb, nәsә sınıxıb. Sonra izah elәdi ki, monastırda
ciddi pәhriz vardı, әtsiz yemәyә öyrәşmәdiyindәn ona çәtin
imiş. Ümumiyyәtlә, deyirdi, mәnә münasibәt yaxşıydı, sakitcә
yaşayırdım. Orada cürbәcür adamlara rast gәlib, ömründә o
qәdәr adam görmәyibmiş, ibadәtlәrdә rahiblәrlә yanaşı
dayanıb dua oxuyurmuş...
Allah haqqı, o uzaq sәfәrlәrә çıxan adamı – o canavarı
әlindә şam görәndә yazığım gәlir, mәni gülmәk tutur...
Polkovnik gәvәzәlik elәyir, mәni isә tәzәdәn öyümә tutur.
Onun yeni dinlәyicisi peyda olub, hәr şeyi başdan başlayır.
Dönüb evә getdim: fikirlәşdim ki, bәlkә, keçilәri axtarmağa
getmәzdәn әvvәl bir-iki saat mürgülәdim. Vidalaşmadan çıxıb
getdim; bir dә ki xudahafizlәşmәyin nә mәnası var: sәnin olub-
342
olmamağının heç bir әhәmiyyәti yoxdu. Başlıcası budu ki,
yanında kimsә olsun, qaranlıq düşüb, hamı öz evinә dağılışana,
qapılar bağlanana qәdәr bir-birinizi mәşğul elәyәsiniz. Elә
hәmin mәqamda da Makrinenin oğlu vә onun dostlarının vaxtı
çatır. İndi gecәlәr uzundu axı...
Valiko әminin evinin yanından keçәndә hiss elәdim ki,
deyәsәn, kimsә üst mәrtәbәdәn baxır. Bәlkә, uşaqlıq dostum
Paatadı? Ya bәlkә, gözümә görünüb? Diqqәtlә baxmadım,