Page 338 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 338
Görcö nÿsri antologiyası
monastırda yaşayan rahiblәrdi. İndi gәl bunu Polkovnikә
qandır görüm, necә qandırırsan! Növbәti dәfә növbәti qonşuya
“keşişlәri” necә bihörmәt elәdiyini danışanda Valiko әmi güclә
eşidilәcәk sәslә dillәndi: “Әşi, onlar keşiş deyil, rahibdilәr,
tanıyıram, Luka qardaş vә Saba qardaşdı. Onların maralını da
tanıyıram”. Amma Polkovnik xırda gözlәrini ona zillәyib
qәsdәn tәkrar elәdi: “Keşişdilәr!”
Ertәsi gün ikisini dә gördüm, amma mәnzәrә hәminki de -
yildi! Bu dәfә yanlarında maral yoxdu, başlarını aşağı salıb
Polkovnikin danlağına qulaq asırdılar. Hәr halda, sәbirlә,
lәyaqәtlә dözürdülәr. Sәn demә, maralı meşәdә, Arxangel
monastırının yaxınlığında itiriblәrmiş. Amma neylәmәli, olan
işdi, qoca onları bihörmәt elәmәli deyil ki, hәr halda, Allah
adamıdılar...
Ümid elәyirdim ki, onları, heç olmasa, qayıdanda görәrәm,
amma nәsә baş tutmadı, yan ötdülәr. Birincisi, sәhәrdәn boğu -
luram, heç cür nәfәs ala bilmirәm. Hәlә hava işıqlaş mamış
donuzluğu tәmizlәyәndә ürәyim bulandı. Keçilәr vә inәklәr
başqa şeydi. Keçi qığından, mal nәcisindәn ürәyim bulanmır.
Qardaşımın bordamağa gәtirdiyi o donuzlarısa, lәnәtә
gәlsinlәr, mәni boğaza yığıblar, necә deyәrlәr, hәyatımı
zәhәrlәyiblәr. Hәtta onların ucbatından bir aydı әmәlli-başlı
içә bilmirәm. İndi dә donuzluğu yadıma salmağa bәndәm ki,
ürәyim ağzıma gәlir, az qalıram qusam. Ay yarımdan sonra
onları başımdan rәdd elәyәcәm. Elә iyrәnmişәm ki, heç Yeni
ildә dә donuz әtinә dilimi vurmayacam...
Әslindә, özüm günahkaram. Kәramәtimә bәlәdәm axı, ona
338 görә dә, hәr halda, içdim. Elә gün idi ki, hava mәni yoldan
çıxartdı, üstәlik, itmiş maralla bağlı әhvalat. Maralı görә
bilmәdiyimdәn kefim pozuldu, görünür, daha görә bilmәyә -
cәm.
Hә-ә, dünәnkinә bәnzәr gün bu il bir dә bәxtimә düşmә -
yәcәk! Axşamın qaranlığında isә vәziyyәt daha pis olurdu:
elektrik xәttindәki gәrginlik az da olsa, çox da olsa, evdә işıq
yanır, camaat işıqpulunu ödәyirdi. Әlbәttә ki, işıqpulunu