Page 339 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 339
Ar÷il Kikodze
Polkovnik yığırdı. Bәs necә, onsuz keçinmәkmi olar? Ağa
kimi, tәşәxxüslә kәndi ev-ev gәzirdi. İndi isә ad-soyad la -
rımızın qeyd olunduğu, yazılıb-pozulmuş qalın dәftәr ocaq
qalamağa da lazım olmazdı.
Belәliklә, qış әrәfәsindә işıqsız qaldıq. Dünәn gecә,
rahiblәr monastırda dua elәyәndә yaramazın biri kabelimizi
açıb. Polkovnik qara-qışqırıqla, söyüşlә hәr evdәn üç lari zorla
yığırdı – tәzә kabelә kim pul verәcәk axı? Bir dә kabeli
haradan tapıb alacaqdıq?
Düzünü desәm, işığımızı kimin oğurladığını yaxşı bilirik.
Axı onu dağın o üzündәn tәşrif buyurmuş quldurlar, yaxud
gәlmә soyğunçular oğurlamayıblar... Belәlәrini tapmağa cәhd
elә – tapa bilmәzsәn. İndi cәsarәrli, hәr şeyә hazır adamlar,
ya da yuxarılardan qorxusu olmayanlar çoxdu. Kәnddә bir
oğurluq, ya fırıldaq baş verәndә hamı bilir ki, Makrinenin
oğlunun vә onun yuxarı kәndlәrdә yaşayan üç dostunun işidi.
Hәrçәnd kabelin oğurlanması fırıldaqçılıq deyil, daha ciddi
işdi – bütöv bir kәndi işıqsız qoyublar! Bilirik vә susuruq.
Mәsuliyyәtә cәlb elәmәk üçün dinib-danışan yoxdu! Dillәrini
udublar-nәdi? Dil mәndә dә var, başqalarında da... Demәzdim
ki, qorxuruq, elә bil tәnbәllik elәyirik, hәvәsimiz yoxdu. Nәsә
camaat soyuq, ölgün, hәr şeyә laqeyd olub...
Güman ki, Polkovlik kabelә, işığa görә dәli olmuşdu,
amma hirsli vaxtına rahiblәr düşmüşdü. Elә onların da bәxti
gәtirmәmişdi, sanki qәsdәn onun evinә yaxınlaşıb ağlaşmağa
başladılar ki, bәs demәzsәnmi, әlә öyrәdilmiş maralımız
belәydi, elәydi, әllә yedizdirirdik, hara gedirdiksә, dalımızca
gәlirdi, elә dünәn Arxangel monastırının yanındakı meşәdә 339
itdi...
Qocanın bir mәsәlәdә rahiblәri qınamağa haqqı vardı:
“Belә bir yolda heyvanı niyә kәndirsiz aparmısınız? Burada
ana yoldan da keçmәk lazım gәlir, körpüdәn dә, birdәn hürküb
qaçaydı, qayadan uçaydı, ya maşının altına düşәydi – bunu
fikirlәşmәmisiniz?” Qalanlarının Polkovnikә dәxli yox idi,
onları demәyә dә bilәrdi.