Page 334 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 334
Görcö nÿsri antologiyası
Kişi: Necә deyim... Sәni görәn kimi tanış olmaq istәdim.
Bilirәm ki, imtina elәmәyәcәksәn... Mәn dә poza vermәk istә -
yirәm. Onlardan soruş, bәlkә, kişi dә lazımdı? Başqa şey fikir -
lәşmә, keçmiş idmançıyam, su polosuyla mәşğul olmu şam,
әzәlәlәrim babatdı. Bir az qazanaram. Özün bilirsәn ki, zә -
manә necәdi. Artıq pul olmur. Necә fikirlәşirsәn, alınar?
Qadın: Әlbәttә, әlbәttә, alınar!
Pәrdә lazım deyil. Yaşıl rәngli pәrdә heç lazım deyil!
Yaman tәnhayam!
Bәzәn elә hönkürüb ağlamaq istәyirәm ki!
Oyanıram. Öz otağımdayam. Gecә zülmәtini qalın
pәrdәlәr daha da qaraldır.
Hava işıqlaşmağa başlayan kimi pişiyi axtarıram. Hara -
dasa buralarda olmalıdı. Gizlәnir. Amma onsuz da tapacağam.
Dixlofoslu süd içirdәcәyәm. Tüklәrini bir qәdәr sığallayacam,
sonra ölәcәk. Flom (sağ qalsaydı, adı belә olardı) pәlәng tәki
zolaqlıdı. Zolaqlarını donә-dönә sayacaq, ona ağı demәkdәn
yorulacam. Yorğunluq tәnhalığı vә qüssәni unutmağa mәcbur
elәyir...
Gündüzlәr özümü daha yaxşı hiss elәyirәm. Beynim dә
rәvan işlәyir: zir-zibillә dolmur, fikirlәrim aydın olur. Tezliklә
yazın gәlәcәyi ümidilә yaşayıram. Bu yaxınlarda “Mziuri”
parkının yanından keçirdim. Bağın dәrinliklәrindәn musiqi vә
kiminsә mikrofona bağırdığı xırıltılı sәs eşidilir. Cavanların
axınına qoşuluram. Açıq sәhnәnin әtrafına amfiteatr şәklindә
yerlәşdirilmiş oturacaqlar alabәzәk geyimli tamaşaçılarla
doludu. Ağ paltar geyinmiş әrәbi xatırladan bir nәfәrin yanında
oturdum. Alışqanı çıxarıb siqaret yandırdığım müddәtdә açıq
334
sәma altında festival keçirildiyini öyrәndim. Bağın aşağı
tәrәfindә rәssamlar gәzişir, öz rәsmlәrinә baxırdılar. Kefi
istәyәn sәhnәyә çıxıb şeir oxuyurdu. Şort geyinmiş әyriqıç bir
oğlan saqqız çeynәyә-çiynәyә mikrofonu yellәdir, qışqırırdı:
“Şeirlәrimi bәyәnmәyәnlәr ... getsinlәr...” Әtrafda әl çalan
adamlara yazığım gәldi. Şairlәr bir-birini әvәz elәdiklәri
müddәtdә әllәrindә karton qutu olan gәnc qızlar gülә-gülә
tamaşaçılara qoruyucu paylayırdılar.