Page 333 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 333

Eka Qaqanidze

          onun xeyrinә olan başlıca dәlil-sübutdu, bu gün yaşıl rәngi heç
          bir rәng әvәz elәmәk iqtidarında deyil. Gözlәrim bu gün rәngli
          linzalar olmadan heç cür keçinә bilmәz. Şübhәsiz ki, yaşıl rәng
          olmalıdı. Belә lazımdı. Bu gün hәmişә olduğundan gözәl
          görünmәliyәm....
             Maraqlananlar üçün epizod.
             Hadisәnin baş verdiyi yer: “Vinsent” çay evi.
             Hadisәnin baş verdiyi vaxt: sәkkizә on beş dәqiqә işlәmiş.
             İştirakçılar: iyirmi altı yaşlı yaşıl gözlü, yaşıl donlu qadın
          vә tәxminәn eyni yaşda qәhvәyi şәrfli kişi.
             Yeganә sәhnә.
             Kafe. Bir ofisiant vә iki müştәri. Asta musiqi sәsi eşidilir.
             Sükutu yumşaq kişi sәsi pozur.
             Kişi: Görüşümüzә şadam.
             Qadın: Mәn dә şadam.
             Kişi: Bәlkә, pirojna gәtirsinlәr?
             Qadın:  Yox-yox, sağ olun, saat altıdan sonra yemәk
          yemәmәyә çalışıram.
             Kişi: Elә ona görә belә gözәl görünürsünüz?
             Qadın (gülümsünür): Bәlkә, bir-birimizә “sәn” deyәk?
             Kişi: Lap yaxşı.
             Yenә qarşılıqlı tәbәssüm.
             Kişi: Orada, o evdә nәylә mәşğul olursan?
             Qadın (çәtinliklә udqunur): Bilirsәn, peşәm elәdi ki...
          qeyri-adidi... Rәsmimi çәkirlәr... sәnә necә izah elәyim...
             Kişi: Aydındı. Belә dә fikirlәşirdim. Belә rәsmlәr çoxdu?
             Qadın: O qәdәr dә yox..
             Kişi: Yaxşı pul verirlәr?                             333
             Qadın: Pis deyil.
             Kişi: Sәndәn bir xahişim var.
             Qadın (fincanı nәlbәkiyә qoyub, sakitlәşmәyә çalışa-çalışa
          dәrindәn nәfәs alır: “İlahi, o nә xahiş elәmәk istәyir? Evә dәvәt
          elәsә, mütlәq gedәcәyәm! Bәs o belә tez razılaşdığımdan
          tәәccüb lәnmәyәcәk?  Tәәccüblәnsin dә, gözüm aydın!..”):
          Buyurun.
   328   329   330   331   332   333   334   335   336   337   338