Page 330 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 330

Görcö nÿsri antologiyası

                   Hәmin mәqamda da külqabı әlimdәn düşdü.
                   Arı sancmış kimi pәncәrәdәn geri çәkilir, pәrdәnin
               arxasında gizlәnir, tәrpәnmәyә qorxuram. Ürәyim ağzıma
               gәlir, sonra çәnәm әsmәyә başlayır. Әyilib soyuq plitәlәrin
               üzәriylә üzbәüz divara sürünür, nәhayәt, qәddimi düzәldib,
               mәşq etdirdiyim gözlәrimin ucuyla gülümsәyәn cavan oğlanı
               görürәm. Alnını pәncәrәyә dayayıb mәtbәximizә baxmağa
               çalışır.
                   Mәni axtarır. Boynunda iki dәfә dolanmış, ucları qarnının
               üstünә düşәn qәhvәyi rәngli şәrf var. Gülümsәyir. Geri çәkilib
               gizlәnirәm, hesablamama görә qapıyacan üç addım olmalıdı,
               әgәr ayağım bir şeyә ilişmәsә, xatasız-bәlasız vә nәzәrә çarp-
               madan mәtbәxdәn çıxacağam. Nuqzarın vaxtında taxtın üstünә
               sәrdiyi adyalın altına girir, quyruğu qopmuş kәrtәnkәlә kimi
               sakitcә uzanıram. Hәlә dә özümә gәlә bilmirәm. Yox, Nuqzara
               bir söz demәk lazım deyil. Kişilәr uzaqdan-uzağa da olsa,
               mülkiyyәtlәrinә tәcavüz olunmasına dözmürlәr.
                   Maraqlıdı, o kimdi? Çox güman ki, mәnә әvvәllәr dә göz
               qoyub. Mәn dә yelbeyinәm – pәncәrәnin qabağında lüt
               dayanıram, elә bilirәm heç kәs görmür.
                   – Nә olub? –  Nuqzara elә gәlir, hәddәn artıq hәyәcan -
               lıyam.
                   – Heç nә... –  deyib, iki il әvvәl üzәrimә götürdüyüm vәzi -
               fәni vicdanla yerinә yetirmәyә çalışıram. Getmәzdәn qabaq
               pәncәrәyә nәzәr salmağa özümdә güc tapıram. Üzbәüz
               pәncәrәdә heç kәs yoxdu. Bәlkә, gözümә görünüb?
                   Amma mәnim kimi darıxdırıcı adamın gözünә qarabas-
        330    malar görünmür, ona görә dә pәncәrәdәn görüş davam elәyir.
                   Nuqzar vanna otağında olduğu müddәtdә xalatımı geyinib,
               әlimdә siqaret mәtbәx pәncәrәsinin qabağında dayanıram.
               Qәhvәyi şәrfli kişi mәni görüb salam verir. Siqaret çәkir,
               gülümsәyir, tәdricәn әmin oluram ki, o elә mәnim yeganә
               saydığım hәmin adamdı, onun xәtrinә gecә sәhәrәcәn yoru-
               lub-usanmadan yun köynәk toxuyar, lәzzәtli bir şey bişirmәk
               üçün kulinariya kitabını әlәk-vәlәk elәyәrәm. O isә qәhvәyi
   325   326   327   328   329   330   331   332   333   334   335