Page 331 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 331
Eka Qaqanidze
rәngli şәrfini boynuna dolayıb әlindә qәzet, sifәtindә dünyaya
sәxavәtlә bәxş elәdiyi sirli tәbәssüm, kresloda uzanar.
Bir hәftәdәn sonra artıq bilirdim ki, onun otağında iki
çarpayı vә bir stul var. Stulun üstündә avanqard sәnәt әsәrlәrini
xatırladan paltar yığını qalaqlanıb. Masanın qırağında köhnә
abajurlu lampa, stәkan, içi karandaş vә qәlәmlә dolu çini qab
gördüm. Yaşıl rәngli pәrdә, yerini dümağ gündüz pәrdәsinә
verib utancaq halda divara qısılmışdı. Otaqda heç vaxt işıq
yanmırdı, mәnsә içәridәkilәri daha yaxşı görmәk istәyirdim.
Saat beşdәn altıya on beş dәqiqә işlәyәnәcәn – onu görә
bilәcәyim qәribә on beş dәqiqәlik müddәt mövcuddu! Bir-
birimizә gülümsәyirdik, mәn cidd-cәhdlә cavan oğlana
mәxsus alәmin dәrinliklәrinә maraq dolu nәzәr salmağa can
atırdım.
Nuqzarın bundan xәbәri yox idi! Xәbәr tutmamalıydı da.
Saat beşdәn altıya on beş dәqiqә işlәyәnәcәn... Artıq aşiqimin
vanna otağında uzun müddәt tәk qalması mәni qıcıqlan dır -
mırdı. Әksinә, Allaha yalvarırdım ki, orada çox qalsın. Vanna
otağının qapı cırıltısı sanki ümidlәrimlә könüllü surәtdә
üzәrimә götürdüyüm vәzifәlәrim arasına sәrhәd çәkirdi. Artıq
duyurdum ki, mәni heç bir qüvvә saxlaya bilmәz. Xoşbәxtlik
mәni pәncәrә şüşәsinin o tәrәfindә gözlәyirdi. Ona görә dә
hәyәcanlanır, acıqlanır, pilәtә üstündә ki çaydan kimi
qaynayırdım. Bir az da keçsә, onun vә hәftәdә iki dәfә seksual
aktı barәdә nә düşündüyümü Nuqzarın üzünә açıq deyә
bilәrәm. İndi Nuqzar mәndә istehzalı tәbәssüm doğururdu.
Qәfildәn o gözәgәlimli deyil, gözlәrimdә çirkin olmuşdu,
dazbaş, üstәlik yekәqarındı, bir sözlә, heç nәyә yarayan deyil - 331
di, necә olub ki, bu vaxtacan onun gündәn-günә nәzәrә daha
çox çarpan çatışmazlıqlarını görmәmişәm? Çörәk doğrayanda
qarnı yırğalanır, yemәkdәn sonra gәyirә-gәyirә dişlәrini kibrit
çöpüylә tәmizlәyir. Pillәlәri yaşına uyğun olmayan tәrzdә,
atıla-atıla qalxır, әdabazlıq elәyir. Hәr gün yuyunmasına bax-
mayaraq, qoltuqlarının altı iy verir.
Bәs bütün bu müddәtdә onunla necә görüşmüşәm? Yәqin
ki, yazığım gәldiyinә görә, başqa nә ola bilәr axı?! Bir qәdәr