Page 327 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 327
Eka Qaqanidze
dayır. Nuqzarın necә kolbasa doğradığına, yumurta sındır -
dığına, yağ tökdüyünә, sonra sapılcanın qızmış dәstәyindәn
yun köynәyinin qoluyla yapışıb masanın üstünә qoyduğuna,
hәrdәn barmaqlarını üfürmәsinә baxır, “siqareti söndür”
sözlәrini eşidirәm. Cәhәnglәrimizin ağır-ağır işlәmәsinә,
çәngәl-bıçağın boşqabın içindә nәzakәt qaydalarına tam uyğun
hәrәkәtinә baxmayaraq, iştahayla yeyir, bir-birimizә naz
satırıq. Mәtbәx işlәrinә hәvәsi olan kişilәr hәmişә xoşuma
gәlib. Yeyә-yeyә beynimdә qәfildәn peyda olan fikrә gülüm -
sәyirәm: biz burada daimi yaşayırıq, hәftәdә iki dәfә
görüşmürük. “Çox gözәldi!” – onun әl işini vә öz arzumu
tәriflәyirәm.
Növbәylә vanna qәbul elәyirik. İsti suya cuman vaxt
aldığın lәzzәtin ömrü, adәtәn, uzun olmur, Nuqzar sәbirsizliklә
qapını döyür. Hәvәssiz halda vannadan çıxır, cәld qurulanır,
qalın adyalın altına girirәm. Büzüşüb onun su proseduru
payının başa çatmasını gözlәyirәm. “Tәhlükәsiz seks”, –
Nuqzar hәr dәfә xırda bağlamanı aça-aça eyni tәrzdә dillәnir.
Qoruyucuyla sevişirik. Zәhlәm gedir! Bununla belә, tabe olu-
ram. Hәmişә görüşqabağı “hәmin” aptekdәn iki-üç әdәd alıb
çantama qoyuram. Müvәqqәti. Әczaçı qadın artıq heç nә
soruşmur, dördkünc bağlamaları dinmәzcә piştaxtanın üstünә
qoyur. Әvvәlcәdәn lazımi qәdәr pulu hazır saxlayıram ki,
qadın qalıq qaytarmağa vaxt sәrf elәmәsin. Nәsә yaxşı deyil.
Әvvәllәr, uşaq vaxtı da parlaq kağıza bükülmüş bu cür
xışıldayan şeylәr alırdım, amma onlar saqqız idi, piştaxta
arxasında isә cavan әczaçı qızın yerinә yaşlı satıcı olurdu.
Ticarәt şәbәkәsinin bu iki nümayәndәsi dә mәnim uğurla 327
didişәn, bir-birini zәhәrlәyәn xәyali vә gerçәk hәyatım kimi
ziddiyyәt tәşkil elәyir.
“Sәninlә özümü qadın hiss edirәm”, – bu sözlәr Nuqzarın
izzәti-nәfsini oxşamağa hesablanıb, yalanımdan da qәtiyyәn
utanmıram. Tamamilә öz içinә çәkilmәk vә lazımsız suallardan
can qurtarmaq üçün yalan vacibdi. Bununla belә, sәn dә özünә
rahat yer tapmısan! Kәdәrini külqabıda siqaret kötüyüylә birgә