Page 332 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 332

Görcö nÿsri antologiyası

               dә dözmәk lazımdı. Hәlә arzuladığım mәqam yetişmәyib.
               Hәmin mәqamacan gizlicә sevinir, inanırdım ki, üzbәüz binada
               taleyimә yazılmış yeganә insan yaşayır... Tәәssüf ki, bu sirri
               bölüşmәyә bir kәs yoxdu!
                   İki hәftәdәn sonra o öz pәncәrәsindәn böyük kağız asdı.
               Kağızda iri, qırmızı hәrflәrlә yazılmışdı: “Sabah saat yeddidә
               opera teatrının bağında”. Fikrini dәyişәcәyindәn qorxa-qorxa
               tәlәsik başımı tәrpәtdim. O isә kağızı bükürdü, hәrәkәtimi
               görmәdi. Hәmin axşam çox güldüm, Nuqzarı da güldürdüm,
               ona,  Allah bilir, hardan yadımda qalmış bir yığın lәtifә
               danışdım, gözlәrim yaşaranacan qәhqәhә çәkdim, qıçlarımı
               oynatdım, hәm dә unutmamaq üçün öz-özümә tәkrarladım:
               “Sabah saat yeddidә”.
                   Hәmin axşam evә çatmağa tәlәsirdim. Nә qәdәr işlәrim
               var! Görüşә tәxminәn iyirmi dörd saat qalırdı! Arzuladğın
               kişiylә görüşmәk üçün özünә әl gәzdirmәyә iyirmi dörd saat
               az müddәtdi. Onun pәncәrәsinin pәrdәsi yaşıldı. Görünür, yaşıl
               rәngi çox sevir. Qarderobuma ciddi nәzәr salmalıyam. Orada
               mütlәq yaşıl don, ya da köynәk olmalıdı. Yoxdusa, rәfiqәmdәn
               bir günlüyә almalıyam. Bütün gecәni oyan-buyana çevrildim.
               Deyәsәn axır ki, yuxuya gedә bildim, çünki yuxuda görüş
               günümüzü gördüm: isti qar yağırdı, bağdakı uzun oturacaqda
               әylәşmişdim, ayaq barmaqlarından fәrqli olaraq, әl barmaqları
               istiydi, çünki o, әllәrimdәn yapışmışdı, qızdırmaq üçün hovxu -
               rurdu. “Bax, orta barmağımda ziyil var”, – deyib gülürәm,
               onun әllәrindәn bәdәnimә keçәn hәrarәtә tab gәtirә bilmirәm.
               Sonra oturub ağ gilas mürәbbәsi yeyir, çiyidini ağzımda
        332    fırladıram, o isә masanın altında sürünә-sürünә rәfiqәmin
               qızıyla oynayır. Rәfiqәm üzbәüz әylәşib işarәylә soruşur ki,
               bәs o kimdi, mәnsә qәhqәhә çәkib gülür, onun maraq dolu
               nәzәrlәrini vecimә almıram.
                   Sәhәr saat doqquzda işә zәng vurdum, dedim ki, özümü
               pis hiss elәyirәm, üstәlik, öskürdüm dә. İndi işә getmәyә halım
               yoxdu!  Allaha şükür, icazә verdilәr. Saat yeddiyә lap az
               qalırdı! Paltar dolabımda yaşıl don varmış. Düzdü, o qәdәr dә
               tәzә deyil, amma eybi yox, әsas odur ki, rәngi yaşıldı. Bu,
   327   328   329   330   331   332   333   334   335   336   337