Page 329 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 329
Eka Qaqanidze
açıq-aşkar donmaq әrәfәsindә olanda ehtiyatsızlıq nәticәsindә
soyuq torpağın üstünә yıxılam, boz ayı kimi yuxuya gedәm.
Üç ay yatam, yazda Günәşin ilıq şüalarıyla yuvamdan çıxıb,
gündәlik hәyata qarışam. Amma öz aramızdı, bu şәhәrdә nә
qış olur, nә şiddәtli şaxtalar, ayılardansa mәni çox uzun
tәkamül mәsafәsi ayırır... Arzumun gerçәklәşmәsinә imkan
vermәyәn Tbilisi qışına acığım tutur. Buranın havası funk-
sional pozğunluqdan – anteroretroqrad amneziyasından
әziyyәt çәkir. Günәş әmәlli-başlı hәyasızlaşıb yerә az qala,
iyirmi dәrәcәlik hәrarәt göndәrir. Ola bilsin, onun beynini
qәdim yunanlar xarab elәyib, ona görә dә özünü gerçәkdәn
Helios sayır. İstidi, yanvarın ortaları üçün ağlagәlmәz dәrәcәdә
istidi, iş görmәkdәn ötrü әllәri gicişәn ev sahibәlәri adyalları
günün qabağından asıblar. Çılpaq adam utancaqlığıyla
pәncәrәnin qarşısında dayanır, növbәti siqareti çәkmәk üçün
on beş dәqiqәnin keçmәsini gözlәyirәm. Uzun müddәtdi
maraqlı bir şeyә rast gәlmәdiyimә görә çox oxumaqla әziyyәt
vermәsәm dә, eyni zamanda gözlәrimi dincәltmәk üçün
tәmrinlәr etmәyi dә unutmuram. Onsuz da, hәr şey çoxdan
yazılıb-oxunub, bununla belә, axır vaxtlar gözlәrimin asim-
metrik gördüyünü sezirәm. Göz almacıqlarımı mәşq etdirirәm:
әvvәlcә nәzәrlәrimi şüşәdәki bir cızığa dikir, sonra uzaqdakı
xiyabana baxıb, gözlәrimi soldan-sağa vә geriyә dairәvi
hәrәkәt etdirir, dönә-dönә qıyıb-açıram. Görmә qabiliyyәtini
yaxşılaşdırmaq üçün әn gözәl üsuldu. Uzaqdakı dağın
yamacını vә kiçik xiyabanı nәzәrә almasaq, pәncәrә mizdәn
yalnız hündürmәrtәbәli binaların ölgün sıraları görünür.
Binaların ensiz cәrgәsi pәncәrә çәrçivәsinә zorla yerlәşir, rәngi 329
dә tәmizlәnmәmiş dişlәri xatırladır. Ümumiy yәtlә,
başqalarının pәncәrәsinә baxmaq o qәdәr dә xoşagәlәn
mәşğuliyyәt deyil – hәrәkәtlәri sәnin hәrәkәtinә oxşayan yad
adamlar görürsәn. O-o-o-y!.. Mәni elә bil cәrәyan vurdu.
“Gözlәrini vәhşicәsinә bәrәldәn, әlindә siqaret olan lüt qadın...
Yәqin ki, maraqlı mәnzәrәdi”, – bunu beynimdәn artıq gecә
yatağa uzananda keçirdim.