Page 325 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 325
Eka Qaqanidze
HӘFTӘDӘ İKİ DӘFӘ
Biz hәftәdә iki dәfә görüşürük. Hәrәnin öz açarı var,
istәdiyi vaxt ora gedә bilәr. Amma demәk olar, heç vaxt belә
bir hadisә baş vermir. Topdansatış aptekinin yanında, işıqfor
dirәyinin dibindә görüşürük. Tanış maşını görәn kimi özümü
cәld yığışdırır, diqqәtimi cәmlәşdirirәm ki, sürücülәr bir
dәqiqәlik lәngimәdәn narazı qalıb qulaqbatırıcı siqnallar
verәnәcәn asta-asta gәlәn “Opel”in qapısını açmağa, paltomun
әtәyini yığışdırıb oturmağa, üstәlik, Nuqzarın mәmnun
tәbәssümünә layiq olmağa macal tapım.
Birlikdә boz rәngli maşında ora gedirik; maşının eyni
rәngdә dәri oturacaqları var, yumşaq oturacaqda әylәşib
gecәlәr yaxşı işıqlandırılmasa da, hәr halda, seyrәk, kәdәrli
dumana bürünmüş gözәl şәhәri dolaşmaq istәrdim... Üstәlik,
göydә ulduzlar da sayrışanda, şәhәr özünün Kür hörüyünә
parıltılar bәnd elәmiş nazlı-qәmzәli qıza oxşamağa başlayır.
Amma yaxşı başa düşürәm ki, arzu elә olduğu kimi qaldığına
görә arzudu, burnunu dik tutmaqdan, dodaqlarını büzmәk -
dәnsә gerçәkliklә, indiki vәziyyәtdә qadın-kişi münasibәtilә
ayaqlaşmaq daha sәrfәlidi. Ona görә dә rahat maşında әylәşib,
iki il әrzindә gözlәrim qarşısında, az qala, şüşәyә yapışdırılmış
yarlıqlar kimi görünüb-yox olan mәnzәrәyә baxıram. Elә
mәnzәrә kimi dәyişmәz olan bir fikrә alışıram ki, şәhәr hәr
sәhәr tәkrar olunan prosedurlar, mәsәlәn, yatağın yığışdırıl -
ması qәdәr darıxdırıcıdır, yaxud bir neçә mövsümdü ki,
düşünüb-daşınmadan geyindiyin ayaqqabı kimi köhnәlib. 325
Nuqzar yolüstü hәmişә pirojna – hәr dәfә dә müxtәlif cürlә -
rindәn ikisini – ya da dondurma vә portağal şirәsi alır. İçki
soyuducuda olur, qәhvә kiçik dolabda. Ehtiyatı bitib-tükәnmir.
Nuqzarın ürәyindә nasazlıq var. Aritmiya, ya da buna oxşar
bir şeydi, buna görә dә az içirik. O araq içir, mәn dә candәrdi
bir az pivә. Şәhәrin kәnarında tikilmiş hündür binanın altıncı
mәrtәbәsindәki kiçik birotaqlıda oturur, ağzımızla maye,