Page 321 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 321

Keti Orconikidze

             – Gәrәk sәni sahibinә aparıb verәm. Gәl, tutuquşu, gәl, nә
          oldu? – İrma yalvarırdı, ancaq Koko nә adam dilini başa
          düşmәk, nә dә danışmaq istәyirdi. İrma burada bekar oturmaq-
          dan yoruldu, ayağa qalxıb döşәmәnin üstü ilә işgüzarcasına
          gah o tәrәfә, gah bu tәrәfә addımladı. Qәfil qulaqdalayıcı cırıltı
          qopdu, bundan sevindi vә qımışdı. Sonra o, bu әylәncәdәn
          bezdi, irәli gedib meydanoxuyucu bir görkәmdә tutuquşu ilә
          üzbәüz durub gözlәnilmәdәn gözünü yumdu. İrma Kokonu
          aldatmağa nail oldu. Necә lazımdırsa elәcә, iki әlini irәli
          uzadıb onu tutdu vә ehtiyatla, ürәyi әsә-әsә zirzәmiyә gedәn
          pillәkәnә sarı yönәldi. Qarajın qapısını açanda üzünә qorxulu
          isti hava çırpıldı. Bayıra çıxdı vә yeddi nömrәli evin poçt qu-
          tusuna tәrәf getdi.
             – Yox axı, mәnә de görüm vaxtında durub çıxmağa niyә
          iqtidarın çatmır...
             – Sәn özün niyә durub çıxmırdın, altı yüzü götürüb iki
          yüzünü ki burada qoya bilәrdin?
             – Yaxşı, tutaq ki iki yüzü qoydum, amma sәn neylәdin? –
          Meri gözlәrini qıydı.
             – Әgәr oynamağa gedirsәnsә, onda üstünә bir az da
          qoymalısan. Las-Veqasdan kiminsә nәsә gәtirdiyini görübsәn?
          – Cey-cey özünü tәmizә çıxarmaq üçün donquldanır, arada da
          Yaşıl döngә küçәsinә baxırdı. Evә yaxınlaşdıqca ürәyindә
          bayram edirdi. Birazdan öz otağına çәkilib arvadının mәzәm -
          mәtindәn qurtaracağına sevinirdi. Elә bu vaxt İrma yolu keçir,
          әlindәki tutuquşunu böyük ümidlә göy rәngli evә sarı aparırdı.
          Ev ağaclarla әhatә olunduğundan buradan zorla seçilirdi.
             – Dayan bir, dayan görәk, bu bizim qulluqçu deyil? Hә,  321
          odu, amma bunun bayırda nә ölümü var? Hara gedir? –
          tәәccüblәnmiş Meri haray saldı.
             – Әlindә nәsә tutub, yeddi nömrәli evә sarı gedir. Yәqin,
          sәnin tutuquşunu tutub sahibinә aparır. – Cey-cey çoxmәnalı
          tәbәssümlә gülümsünә-gülümsünә dedi.
             –  Mәnim tutuquşumu?  –  Meri Cey-ceyin sözünü bir
          anlığa adi zarafat kimi qәbul etdi.
   316   317   318   319   320   321   322   323   324   325   326