Page 318 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 318

Görcö nÿsri antologiyası

               dә gәtirәr, burada NyuYorkda, Bruklind kilsәsindә nikah
               bağlayarlar. Bir dә indi nә nikahbazlıqdı. – İrma düşüncәlә -
               rindәn ayıldı. Yenә dostuna zәng elәdi.
                   – Qәrara gәldim, axtaracam, ancaq quşlara qarşı al-
               lergiyam var, barmağımı lәlәyә vura bilmirәm...
                   – Kim deyir ki әlini vur? Bir parça al, әlinә dola, yuxarı
               qalx! Elә ki hava qaraldı, bax onda axtar. Çalış heç kim bilmә -
               sin, qonşuların sәnin kimi qulluqçuları yoxdur? Hım... unutma
               ki, hәr mәhәllәdә hәrәnin sәnin kimi bir qulluqçusu var...
                   Birazdan İrma öz iş donu da әlindә hәyәtdә ehtiyatla,
               gәzişә-gәzişә pişiktәk pusquya durub ağacları diqqәtlә nәzәr -
               dәn keçirirdi. Günәş batmağa sarı gedirdi. Ancaq açıq havada
               olmaq, hәr halda, lәzzәtliydi, o, acgözlüklә nәfәs alır, havanı
               ciyәrlәrinә çәkirdi. Әtrafda gәzişәn dәlәlәr vә sincablar
               dayanıb maraqla yad qonağa baxırdılar. Kondisionerlәrin,
               başqa-başqa kimyәvi tәmizlәmә vasitәlәrinin iyi havaya
               qarışmışdı. Böyük evdә qıfıl altında qalmış orqanizmi tәbii
               havada yüngül, xoş başgicәllәnmәsi hiss edirdi, ayaqları elә
               bil öz xoşu ilә gedir, onunsa müqavimәt göstәrmәyә gücü
               çatmırdı. Tәbiәti canında hiss etmәsindәn o qәdәr heyranlıq
               duydu ki, gәzә-gәzә gedib qonşunun mülkünә çıxdı. Tutuquşu
               heç yanda görünmürdü.
                   Sәrt külәyin soyuğunu kürәyindә duyanda evә sarı üz
               tutdu vә ona tutuquşunu axtarmaq ideyası absurd göründü. “O
               ki quşdur, adam onu necә tuta bilәr?! Bәzәn bu amerikalılar
               da elә sadәlövh olurlar ki”, –  öz-özünә düşündü. Ancaq onun
               özü bayaq bu arzunun qüllәsinә dırmaşmamışdımı? Nişanlısını
        318    gәtirәr vә Bruklind kilsәsindә nikah mәrasimi keçirәr! Hә... –
               acı-acı gülümsündü.
                   Fikir-xәyal içindә evin әsas girişinә yaxınlaşdı, tunc
               dәstәyi tutub dartdı. Elә bu vaxt kimsә soyuq sәslә:
                   –  Kimdir? – deyә sәslәndi. İrma qorxudan sәksәndi. Yad
               sәs yenidәn eşidildi. Ehtiyatla geri döndü vә tәәccüb içindә
               donub-qaldı. Böyük, rәngli tutuquşu orada, kolun üstündә
               oturmuşdu. Maraq xatirinә dayandı vә çığırdı:
   313   314   315   316   317   318   319   320   321   322   323