Page 315 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 315
Keti Orconikidze
– Bilirәm, tutsa, qoy bura qoysun, bu otağa, – Cey-cey
dedi.
– Ora ki ayaqqabılarımızı yığırıq. İstәyirsәn ayaqqabıla -
rımız kirlәnsin? – Meri heyrәt elәdi.
– Onda de, sәnin vannana qoysun...
– Nәyә görә mәhz mәnim vannama?.. Qoy sәnin vannana
qoysun. – Әr-arvadın baxışları toqquşdu.
– Onda qoy qonaqlar üçün olan vannaya qoysun, nә fәrqi
var, hәr halda, tәmizlәyәcәk...
Meri әl işarәsi ilә tutuquşunu harada axtarmağı, onu tutsa,
qonaqlar üçün olan vannaya qoymasını qulluqçu qıza başa
saldı. Qaraja düşәndә yenidәn evә döndü, düzdü, qız ingilis
dilindә bir kәlmә başa düşmür, ancaq hәr halda, yazını kom-
püter masasının böyründәki dәmir kağız qabında bәrk-bәrk
gizlәtmәk qәrarına gәldi.
– Mәnim ağıllı oğlanım, – Meri maşında oturanda Cey-
ceyi öpdü.
– Yalnız bir şәrtlә, Cey, tutuquşunu sәn apararsan. Quşlara
qarşı allergiyamın olduğunu bilirsәn, heç lәlәyә dә әlimi
toxun dura bilmirәm. Heç cür başa düşә bilmirәm ki, quşlar
onu üstündә necә gәzdirir, vvv... – Meri hıqqıldadı.
– Hә, mәn aparram, – Cey-cey güldü, – bunu sәnә atan
öyrәdib?
Qırmızı “Kabriolet” bir andaca yerindәn tәrpәndi vә
ağaclarla әhatә olunan yolda gözdәn itdi. Jalüzlәrdәn bayıra
tamaşa edәn İrmanın qarajın avtomatik qapılarının örtülmәsinә
baxmağa hövsәlәsi çatmadı vә telefona sarı qaçdı.
– Tәksәn? – dostundan soruşdu. O, buradan iyirmi dәqi - 315
qәlik mәsafәdә olan Vesçesterdә işlәyirdi.
– Tәkәm, – bizimkilәr sabah axşama gәlib çıxmazlar, At-
lantik-sitiyә gediblәr. İşi qurtarıb televizora baxıram.
– Bizimkilәr dә sabah axşamacan gәlmәzlәr, Las-Veqasa
gedirlәr...
– Hә, çox çәtindi... Bu gün, yәqin, Mixail dә zәng elәyәr.
– Tapşırıb ki, hәr şeyi elә, buraları tәmizlә, hәr yanı sil-
süpür, parıldat.