Page 320 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 320
Görcö nÿsri antologiyası
çıxarma. İngiliscә bilmәdiyinә görә mәblәği barmağınla
göstәr... Bunu belә elәmәyәnә burada debil kimi baxırlar.
İrmanın hәyәcanı artdı vә vannanın qapısını açmağa
qorxdu: әgәr tutuquşu aclıqdan ölsә, ya da pәncәrә açıq olsa,
quş da uçub getsә, onda nә olardı? Hәm dә tutuquşunu aparıb
sahibinә vermә prosesini heç cür tәsәvvür elәyә bilmirdi. Bu
cür, lal-kar adam kimi o adamların qarşısında durub nә desin?
Hәm dә xidmәtçi olduğunu bilsәlәr, bәlkә, heç pulu
vermәdilәr, ondan böyüklәrinә şikayәt etdilәr. Bәlkә, elә buna
görә işini dә itirәr. Sonra özünә ürәk-dirәk verdi ki, hәr şey
yaxşı olacaq, pulu da alacaq. Vay onda ki, onu işdәn azad
etmәmişdәn qabaq Lonq-Aylenddәki yoldaşı kimi evi başdan-
ayağa tәmizlәmәyi tәlәb elәsinlәr, onda tutuquşu әhvalatı bu-
rada dilә-ağıza düşәcәk. İndi dә bu fikir onu narahat elәmәyә
başladı. İrma bu fikirlә kimyәvi vasitәlәrә әl atdı, dostunun
öyrәtdiyi kimi bütün otaqların havasını tәlәsik dәyişdi, çünki
ev sahibәsinin kirli şeylәri görmәyә gözü olmadığını bilirdi.
Sonra başı öz әşyalarını yığmağa vә paltarlarını qatlamağa
qarışdı. Hәm dә fikrindә öz yerlisi, ona tәrcümәçilik elәyәn
qadına inandırıcı çıxsın deyә nә uydurub deyәcәyini götür-qoy
edirdi. “Başqa işә keçirәm” deyә bilmәzdi, “nişanlım gәlir”–
belә desә, qәfil yaxalanar, yalanının üstü açılardı... Başını
yorub yüz cür variant fikirlәşdi, ancaq hamısından ağlabatanı
anasının xәstә olduğunu, buna görә tәlәsik öz ölkәsinә
qayıtmaq istәyi idi. Elә bu fikrin dә üstündә durdu. “Bu elә bir
şeydir ki, qarşını heç kim kәsә bilmir, – İrma fikirlәşdi, – tәzә
qulluqçu qız tapana qәdәr qal işlә demirlәr... Düzdü, pis
yalandı, Allah anama can sağlığı versin, ancaq nә edim, başqa
320
çıxış yolum yoxdur...”
Ac, incik vә kefsiz Koko dimdiyini aşağı salaraq böyük
saunanın küncündә oturmuşdu. İrmanı görәndә dimdiyini
tәrpәtdi vә daha da büzüşdü. İrma tutuquşunu tutmaq mәqsәdi
ilә saunaya girdi. Koko elә o dәqiqә uçub әlüzyuyanın tasına
qondu. İrma bu dәfә saunada ehtiyatla hәrәkәt etdi. Amma
Koko qınayıcı nәzәrlә ona baxıb yerini pәncәrәnin qarşısına
dәyişdi.