Page 326 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 326
Görcö nÿsri antologiyası
qulaqlarımızla sükut, gözlәrimizlә bir-birimizin ifadәsiz
sifәtini soruruq. Elә-belә dincәlirik. Bu dincәlmәyin sәbәbi
altıncı mәrtәbәyә ayaqla – binanın lifti sıradan çıxıb – qalxan-
dan sonra nәfәsimizi dәrmәk, qüvvәmizi bәrpa elәmәkdi.
Müvәqqәti dinclik... Mәn oturub krossvordun dolanbaclarında
vurnuxuram, Nuqzarsa maşın yağı vә dolların kursunun
qalxıb-enmәsi barәdә düşünür. Başqa neylәyәk axı? Oturub
işığın nә vaxt verilәcәyini gözlәyirik. Şam, yaxud lampa
işığında kart oynamaq olmur, televizora baxmaq da mümkün
deyil. Maqnitofonun batareyaları hәmişәki kimi boşalıb,
yumruqlamağımızın xeyri yoxdu, yazıq cihaz can verirmiş
kimi xırıldayır. Oturub çay, ya da qәhvә içir, siqaret çәkirik.
Nuqzar çox da danışqan deyil, dinlәmәyә üstünlük verir. Axı
yaxşı inkişaf elәmiş eşitmә qabiliyyәti kişinin üstünlüyüdü.
Çox vaxt mәn danışıram – işimdәn söz açır, lәtifәlәr (әsasәn
cürbәcür jurnallarda oxuduqlarımı bәzәyib-düzәyib) uyduru-
ram. Çalışıram onu әylәndirәm, çünki bezdirsәm, açarı
әlimdәn alar. Mәnsә heç yerә getmәmәkdәnsә, hәftәdә iki dәfә
bura gәlirәm.
Bәzәn telefon zәng çalır. Әgәr Nuqzarın sifәti gәrginlәşib,
cәhәnginin damarı atırsa, demәli, zәng vuran arvadıdır. O,
әsasәn hәftәlik televiziya proqramı olan qәzet, ya da qabları
yumaq üçün yuyucu toz almağı tapşırır. Nuqzar alacağını
deyib, telefonu masanın üstünә qoyur. Mobil telefon yaşıl
işığıyla göz vurub söhbәti davam etdirmәk üçün mәnә xeyir-
dua verir. Budur, artıq kerosin lampası on doqquz, üstәgәl iki,
yәni iyirmi bir әsrdi ki mövcuddu. “Fudjik”dәn isti yayılır,
326 soyuqdan donmuş barmaqlarımı onun qarşısında tәrpәdir,
kerosin lampası haqqında nәsә bir әhvalat xatırlamağa, bәlkә
dә, nәnәmin danışdıqlarını yadıma salmağa çalışıram. Amma
kerosin lampası barәdә tarixçәlәr o qәdәr qәdimdi ki, hәtta
nәnәlәrin dә yaddaşından silinib.
Bәzәn acıb mәtbәxә gedirik. Orada yenә boşboğazlıq
elәyir, siqaret çәkir, taburetin üstündә әylәşib vaxtı boşa ver -
mә mәk üçün boynumu hәrәkәt etdirirәm. Onurğam şaqqıl -