Page 328 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 328

Görcö nÿsri antologiyası

               söndürürsәn. Siqaret kötüklәri külqabıda embrionlar sayaq
               atılıb qalıb, sәn dә mәmnunsan – hәlә tәqaüdsüz ömür
               tәhlükәsi hәdәlәmir, küçәdә qәzet vә min cür xırda-xuruş sat-
               maq lazım gәlmәyәcәk! Hәlә sağlamsan, gecәlәr soyuq tәr
               içindә oyanmırsan, әlin-ayağın әsmir, yastıqüzünü seliyinlә
               islatmırsan. Qarın üstündә tülkü kimi sәkirsәn. Ümidlәr vә
               arzularla dolu beynini sәliqәli saç düzümü altında gizlәdir,
               ayaqların hәyat yolları vә cığırları әvәzinә asfalt küçәlәrә,
               şoselәrә dәyir.
                   Hәftәdә iki dәfә, axşama yaxın Nuqzar öpüşlәrini bәdә -
               nimә sәpәlәyir, sonra başını göbәyimin üstünә qoyub mür -
               gülәyir. Dazlaşmış başındakı seyrәk tüklәri sığallayır, yarım
               saatlıq mışıltısına, nırçıltısına qulaq asıram. Mәnzildәki ara di-
               varlar o qәdәr nazikdi ki, mәtbәxdәki saatın çıqqıltısı aydın
               eşidilir: bum, bum... Saat elә ucadan çıqqıldayır ki, elә bil kilsә
               zәngi çalınır, әslindә isә balaca, kağız kimi ağ vә nazik plast-
               mas Çin saatıdı. Uzaqbaşı bir-iki il işlәyirlәr. Çıqqıltılar bizә
               vaxtın yetişdiyini xatırladır. Kaş bu evdә divarlar daha nazik
               olaydı, saat da işlәmәyәydi... Tәlәm-tәlәsik geyinir, pillәkәnlә
               aşağı cumur, boz rәngli “Opel”ә minirik. Bu dәfә bütün yol-
               boyu susuram. İşıqfor dirәyinin yanındakı aptekin qabağında
               düşür, evә gedirәm.
                   Әllәrimi cibimә qoyur, burnumu paltomun yaxalığına
               soxub addımlayır, Nuqzarın arvadıyla görüşmәk istәyim ba -
               rәdә düşünürәm; istәrdim ki, o qadın mәndәn xeyli gözәl
               olsun, onda qısqanclıqdan vә onun arvadının yanına qayıtma -
               sıyla bağlı düşüncәlәrdәn әzab çәkәrdim.
        328        Gedә-gedә düşünürәm. Gedә-gedә düşünürәm.
                   Tezliklә özümü sәfehliyә qoymaqdan bezәcәyәm.
                   Artıq düşünmürәm.
                   Bugünkü görüşdәn razı halda üçüncü sinif şagirdi kimi
               sürüşkәn küçә plitәlәrinin üstündә xana-xana oynayıram.
                   Evә qayıdıram.
                   Artıq iyirmi ildi ki, hәr qış eyni qarşısıalınmaz istәk qәl -
               bimi bürüyür: şaxtalı günlәrdә, burnum, yaxud qulaqlarım
   323   324   325   326   327   328   329   330   331   332   333