Page 341 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 341
Ar÷il Kikodze
gedәk, bir az dincәlәrsiniz...” Amma qardaşlar ağıllı,
başa düşәn idilәr, tәşәkkür elәyib getdilәr. Buna görә dә o,
rahiblәrin hәrәsinә Paatanın buraxdığı limonaddan bir şüşә
verdi ki, yolda boğazınızı yaşlayarsınız. Vәssalam...
Sonra bizim yanımıza qayıdıb, Polkovnikin yoldan ötәnin
birinә onun monastırlı dostlarını necә danladığı barәdә danışır;
hәm dә elә şәstlә danışır ki, elә bil Berlini ikinci dәfә
alıb.Әlbәttә ki, ona qulaq asmaq Valiko әmi üçün çәtindi, am -
ma çıxıb evә getmәk daha çәtindi. Çünki Paata vә arvadı, yәni
gәlini evdәdilәr. Rahiblәrlә onların vasitәsilә tanış olub,
monastıra gedib-gәlib. Әvvәllәrsә onları nә görmüşdü, nә dә
tanıyırdı. Bәyәm Valiko әmini belә tanıyıram? Ona baxa-baxa
mәn dә uzaq sәfәrlәrә çıxmağı arzulamışdım. O, sıra dağların
hәr iki tәrәfindәki diyarları gәzmiş, nәlәr danışmırdı! Reysdәn
qayıdanda oğlu Paataya vә onun dostlarına hәr şey gәtirir -
di.Vurandan sonra da sinәsinә döyә-döyә elә qışqırırdı ki,
bütün kәnd eşidirdi: “Mәn yol canavarıyam! Dağ yollarının
ustasıyam!” Yaxşı qazanırdı, ailәsinә dә bәs elәyirdi, dar gün
üçün dә yığırdı. Paata öz limonad sexini atasının hәyәtindә,
onun puluna qurdu. Sonra özü pul yığıb, iki yük maşını aldı,
әtraf kәndlәrdәn qәpik-quruşa aldığı almayla yüklәyib Pusiya -
ya apardı...
İndi әvvәlki Valiko әmidәn әllәri, daha doğrusu, qoca uzaq
sәfәrlәr sürücüsünün ayı pәncәlәrinә oxşayan әllәri qalıb.
Ötәn qış qәfildәn gecәyarı gizlincә monastıra getdi.
Dözmәdi. Yolla yox, cığırla getdi ki, heç kәsә rast gәlmәsin,
rahiblәrin yanına yalnız ertәsi axşam gedib çatdı. Paata gәlib
çıxanacan iki hәftәdәn çox orada yaşadı. Atasının dalınca necә 341
getmәk istәdiyi yaxşı yadımdadı, çünki mәndәn limonad
yeşiklәrini maşına yüklәmәyimi xahiş elәmişdi: atasına şәfqәt
göstәrdiklәrinә, yer verdiklәrinә, iki hәftә yedirib-içirdiklәrinә
görә mağarıc aparırdı... Ona görә dә Valiko әmi rahiblәri evә
dәvәt elәyә bilmәdi, bilirdi ki, Paata hәr şeyi hesablayıb,
alverçi ağlıyla haqq-hesabı ödәyib. Yadımdadı, biz furqonu
yüklәyәndә deyirdi: “Bir dәqiqә dayan...” – yuxarı dırmaşdı,
yeşikdәn iki şüşә limonad götürdü, birini açıb mәnә verdi, o