Page 345 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 345
Ar÷il Kikodze
olmaq istәmişdim. Bununla belә, onda, deyәsәn, daha sәfәrә
çıxmırdı. Amma hәmin illәrdә özüm dә başqa cür idim, hәr
halda, Makrinenin oğluna vә dostlarına birinci salam ver -
mәzdim. Yadımdadı, yatmış Paataya baxa-baxa fikirlәşir dim:
“Vәssalam, oğlan, yollarımız ayrıldı”. Özüm atasız böyü -
müşdüm, hәtta ağlıma belә gәtirә bilmirdim ki, atanı söymәk,
yaxud bunu adama bağışlamaq olar... Ola bilsin, nәyisә
şişirdirәm – belә adam deyildim, yaxud heç dә belә fikir -
lәşmirdim, amma qәlbimlә hiss elәyirdim ki, nәsә baş verib,
artıq heç nә әvvәlki kimi olmayacaq... İllәr keçdikcә nәinki
başqalarının dәrdi, hәtta öz dәrdin dә unudulur. Bir şey yaxşı
yadımdadı: sobanın yanında oturub yatmış Paataya baxırdım
ki, hәyәtdәn cırıltı eşidildi. Onda dәmir doqqazımız vardı,
ehtiyatla açmaq lazım gәlirdi ki, cırıldamasın. Elә bildim
kimsә gәlib, hәyәtә göz gәzdirdim. Heç kәs yox idi. Pillәkәnlә
aşağı qaçıb doqqazdan bayıra çıxdım, gördüm ki, Valiko әmi
çiynindә qoşalülә tüfәng qalın qarın içindә gәzişir. Oğlunun
dalınca evimizәcәn gәlib, hәyәtә dә girib, sonra isә qayıdıb.
Ola bilsin, pәncәrәdәn oğluna da baxıb...
Sonra tez-tez tәsәvvürümdә canlandırırdım: o, Paatanı
yolda, bizim evә girmәzdәn әvvәl yaxalasaydı, nә olardı?
Mәnә elә gәlir ki, onu vurardı. Hәtta bu barәdә Valiko әmidәn
soruşmaq istәdim, amma fikrimi dәyişdim. Paataya isә bir
kәlmә dә demәdim. Özümsә elә hey bu barәdә düşünürәm...
Ömrümdә gözәl, yaxşı çox şey görmüşәm. Bәlkә, elә buna
görә dә tez-tez özlüyümdә gözәl mәnzәrәlәr uydururam. Elә
maralla birgә rahiblәri götürәk. Bu keçmiş qış әhvalatını
yaddaşımda qoruyub saxlayıram. Axı Valiko әminin arxasınca 345
baxmışdım, amma mәnә elә gәlir, ömrümdә çiynindә tüfәng
qarlı yolla ağır-ağır addımlayan bu qәdәr yaraşıqlı vә lәyaqәtli
adam görmәmişәm. İndi dә bilmirәm – o, doğma balasını
öldürmәk niyyәtindә idi, yoxsa sәrxoş oğlunu gecә kәndarası
yolda ötürmәk istәyirmiş...
Beynimdә fırlatdığın bu cür müxtәlif mәnzәrәlәrlә
әylәnirәm. Kimәsә danışsam, elә fikirlәşәcәk ki, mәnim yerim