Page 340 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 340

Görcö nÿsri antologiyası

                   “Әgәr, – deyir, – dua elәmәyә Arxangel monastırına gedir -
               sinizsә, maralı niyә aparırdınız, qәribә adamlarsınız, vallah!..”
               Axırda isә lap ağını çıxardı: “Bir halda ki orada gecәdәn
               sәhәrәcәn dua elәdiniz, gәrәk Allaha bizim barәmizdә dә bir-
               iki söz deyәydiniz, bәlkә, kabelimizi aparmayaydılar, camaat
               da qaranlıqda qalmayaydı...”
                   Mәnsә bilirәm ki, özünü qәsdәn belә aparır. Valiko әmi
               ona qulaq asa-asa dişi ağrıyırmış kimi sifәtini turşudur, ora-
               bura vurnuxub, özünü güclә saxlayırdı. Nә Polkovnikin
               sözünü kәsә, nә rahiblәri evinә apara bilirdi – oğlundan vә
               gәlinindәn qorxurdu. Bunu dәrhal hiss elәdim, ona elә yazığım
               gәldi ki, ürәyim ağrıdı. Polkovnik dә hәr şeyi sezdi, qәsdәn
               әmәlli-başlı qızışdı. Rahiblәr deyirdilәr: “Maralımızın alt
               çәnәsi şişib, yadınızda saxlayın, әgәr rastınıza çıxsa,
               toxunmayın”. O, әvvәlcә güldü: “Dediyinizdәn belә çıxır ki,
               burada maral sürüylә gәzir...” Sonra da istehzayla soruşdu:
               “Alt çәnәsi niyә şişib? Dişlәri ağrıyır-nәdi?” Bu mәqamda Va-
               liko әmi rahiblәri qabaqladı. “Yox, –  dedi, –  o il sәrxoş milis
               rәisi Eliauri tapançadan atәş açıb, o vaxtdan güllә cәhәngindә
               ilişib-qalıb. Amma maralın әhlilәşdirilmiş olduğunu әclaf
               bilirdi...” Sözünü bitirәn kimi Polkovnik onun üstünә düşdü:
               “O yaramazı evindә niyә yedirib-içirirsәn axı?!” Bu söz onu,
               demәk olar, sarsıtdı, mәhv elәdi. Rahiblәrә milis rәisini Valiko
               әminin yox, oğlu Paatanın qonaq elәdiyini izah elәmәyәcәksәn
               ki. Valiko әmidәn çoxdandı heç kәs heç nә soruşmur. Bununla
               belә, görünür, rahiblәr özlәri dә bunu başa düşmüşdülәr.
                   Bu mәqamda Polkovnik son sözünü söylәdi: “Hesab
               elәyin ki, öz qanmazlığınız vә bacarıqsızlığınız ucbatından
        340
               maralı mәhv elәmisiniz, onu daha sağ görә bilmәzsiniz. Әgәr
               vәhşi heyvanlardan qurtulsa, onu adamlar yeyәcәklәr. Camaat
               öz işığını oğurlayırsa, sәnin maralına da rәhm elәmәyәcәk!..”
                   Onun donqultusu rahiblәri bezdirdi, dönüb yola düzәldilәr,
               Polkovniksә arxalarınca qışqırdı: “Araqarışdırmadı! Araqarış -
               dırmadı!” Amma bunun nә demәk olduğunu başa düşmәdik.
                   Valiko әmi, az qala, rahiblәrlә gedәcәkdi; onları yaxın
               döngәyәcәn ötürdü, hәtta ürәklәnib tәklif elәdi: “Bәlkә, evә
   335   336   337   338   339   340   341   342   343   344   345