Page 279 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 279
Maüvala Qonaøvili
avqustdan kirayәyә verә bilәcәyәm. Yanına gәlәn kim imiş,
ha? Birdәn oğru olar, ay qız! Zәmanә çox korlanıb, adamlar
yaman әxlaqsız olublar. Bir fikir ver, yoxsa nәsә aparıblar?
– Bu otağa heç oğru girәr? Nәyimi aparacaqlar? Nә
danışırsan, Knarik xala!
– Onda kim ola bilәrdi? – Knarik tәәccübünü gizlәtmәdi.
– Bәlkә dә, hәrarәtim qalxanda mәni qara basırmış, yaxud
ola bilsin, yuxu görmüşәm, – İya yalan söylәdi.
Hәmişә ütәlәk vә işgüzar görünәn ev yiyәsi Knarik xala
nәdәnsә İyaya daim qaynadılmış yağlı südü xatırladırdı.
– İndi nә qәdәr yatmalısan? – Knarik otaqdan çıxarkәn
soruşdu. – Kirayә pulunu nә vaxt ödәyәcәksәn? Onsuz da,
sәndәn qәpik-quruş alıram. Bilirsәn ki, min lariyә kirә tapmaq
mümkün deyil.
– Bir az da gözlәyin, Knarik xala, üç aydır maaşımı ala
bilmirәm.
– Maaş, maaş... O xaraba idarәdә nә gәzirsәn, ay qız? Nә
katibәlik? Sәnin әl qabiliyyәtin mәndә olsa, o qәpik-quruşa
işlәyәrәm? Nә tәnbәl adamsan, heç bilirsәn? Sәnin kimi paltar
tikib, naxış sala bilsәydim, ay pulum olardı ha! – Knarik әlini
boğazının altına çәkdi. Sonra yumalanıb otaqdan çıxdı, otaq
da böyüdü.
İyanın paltar tikmәkdәn, naxış salmaqdan lap zәhlәsi
gedirdi. Kiçik yaşlarından әl işlәri çox bәyәnilirdi. Uşaq
evindә böyüklü-kiçikli hamı hәmişә ondan eyni şeyi xahiş
elәyirdi: “İya, köynәyimin üstünә ayı şәkli toxu... İya, yaxşı
ipim var, mәnә yun köynәk toxusana... İya, donum sökülüb...
İya, İya...” İya isә bircә arzuyla yaşayırdı: elә bir gün olacaqmı 279
ki, heç kәsә, ya heç nәyә toxumayım, yaxud naxış salmayım?
Lakin tәk qalanda tәmiz kәtan parçanın üzәrinә anasının
şәklini, әsasәn, gözlәrini toxuyurdu. Naxışdakı ananın iri
gözlәri İyanın gözlәrinә oxşayırdı. Bundan sonra sifәtini vә
dodaqlarını toxuyurdu. Kәtanın bir küncündә günәş, ananın
ayaqlarının altından isә bәnövşәlәr boylanırdı.
– Bu qadın kimdir? – İyadan soruşurdular.