Page 276 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 276
Görcö nÿsri antologiyası
O, qız sәrçәyә – balaca, bürüşük, aciz sәrçәyә oxşayır.
Boz rәngli köynәyi dә çiyinlәrindәn qanad kimi sallanır.
Amma iri, mәxmәri, qәmli, müqәddәs gözlәri var. Sirli vә
müqәddәsdir. Müqәddәs?! Bәyәm o barmaq boyda qadın
müqәddәsdir?
– Sizә nә qәdәr әziyyәt verdim, Nunu xala, – dedi. – Çox
mәrhәmәtli vә etibarlısınız. Heç bilmirәm, bu yaxşılığınızın
altından necә çıxacağam. Ayağa durandan sonra hәmişә
yanınızda olacağam. Doğrudan da, sizin kimi qonşunu mәnә
Allah yetirdi.
Yeni kirayәnişin olduğum haradan ağlına gәldi. Adamlar
bu miskin görkәmli evdә necә yaşayırlar?
Dünәn hәrarәti azaldı, düşündüm ki, indi yaxşıdır, bor-
cumu yerinә yetirdim. Anasına qızının xәstә olduğunu xәbәr
vermәyin lap vaxtıdır.
– Anana çatdıracağam ki, gәlib qulluğunda dursun, –
dedim.
– Nә anam, nә dә atam var. Yox, bәlkә dә, sağdırlar, amma
onları heç görmәmişәm. Valideynlәrim mәni Surami uşaq
evinә verәndә üç yaşım da yox idi.
– Hәrarәtinin yüksәk olduğu vaxtlar sayıqlayır, tez-tez
ananı xatırlayırdın, – dedim, söylәdiyim sözә görә dә çox
peşman oldum.
– Hә, hәmişә çәtinә düşәndә anamı çağırırdım. Tәrbiyәçi
mәni küncә qoyanda da, böyük uşaqlar konfetimi vә meyvәmi
әlimdәn alanda da. Düzdür, anamı heç görmәmişәm, daha
doğrusu, yadımda deyil, lakin onunla hәmişә xәyalımda
276 danışmışam. Xeyir dә, şәr dә olsa, hәr şeyi ona söylәyirdim.
Sonra gözlәrinin içinә baxırdım ki, görüm nә deyәcәk. Anam
gәlәndәn sonra heç kәsin üstümә qışqırmağa, xәtrimә
dәymәyә, mәni cәzalandırmağa cürәt elәmәyәcәyinә inanır -
dım. Lap pis günlәrimdә belә, dәrdimi anama söylәyә
bilmirdim. Onda özümü öldürmәk barәdә düşünürdüm.
Uzaqdakı anamın ölüm xәbәrimi eşidәcәyini, qışqırıb üzünü
cıracağını, soyumuş vücudumdan üzr istәyәcәyini tәsәvvü -