Page 273 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 273
Maüvala Qonaøvili
Qadının rәngi ağardı.
– Nәdәn qorxursan, xanım, mәn lәyaqәtsiz bir şeyә yol
vermәrәm. Sadәcә ovsun oxuyacağam.
“Allah mәnә ölüm versin, bura niyә gәldim”, – qadın
fikirlәşdi. Amma yenә tilsimlәnmiş kimi mollanın istәyini
yerinә yetirdi. Molla qaraşın әlini qadının sinәsinin üstünә
qoydu. Qadın qorxub titrәdi.
– Bir ildir ki, әrin sәninlә yatmır, – sonra qadının düz gözü -
nün içinә baxdı.
O, qıpqırmızı oldu. Molla ovsun oxumağa başladı... Qәribә
dildә öz-özünә danışır, hәrdәn sol әlini sinәsinә toxunurdu.
Axırda qadının qarnının üstünә qoyanda qadın dik atıldı...
– Ovsunu başa çatdırmasam, elә ömrü boyu tәk qala-
caqsan! – molla dillәndi.
Tәnhalıq.
Bu sözә qadın hәr şeydәn çox nifrәt edirdi. Korluqdan,
quduzluqdan vә ölümdәn çox tәnhalıqdan qorxurdu. Ona görә
dә susdu. Ovsun sona çatanacan tәrpәnmәdi. Nifrәtini dә,
qorxusunu da içindә boğdu. Molla әlini qadının sinәsindә bir-
iki dәfә dә gәzdirib, nәhayәt: “Ovsunu bitirdim”, – dedi. Sonra
kiçik qayçıyla qadının saçından bir çәngә kәsib yandırdı.
“Azadsan, – dedi, – әrin qırx gün әrzindә sәnin qulun olacaq”.
Qa dın pulu masanın üstünә qoyub tәlәsik otaqdan çıxdı.
Mollanın uşaqları taxtın üstündә uzanıb videoya baxırdılar.
Onu bayırda iki kişi gözlәyirdi: biri qırx, o birisә iyirmi
yaşında olardı. Görünür, ata-baladırlar, çünki bir-birinә çox
oxşayırlar. 273
Taksiyә әylәşәn kimi qadını gülmәk tutdu.
“Molla başqa şey istәsәydi, yaman olardı. Bu kәndә hansı
ağılla gәldim? Bәxtim kәsdi ki, Musa namussuz deyilmiş”.
Sürücü güzgüdә qaqqıldayıb gülәn qadına tәәccüblә
baxırdı.