Page 274 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 274
Görcö nÿsri antologiyası
***
Nәdәnsә, indi dә gülmәyi gәldi. Güzgüdәn gözünü çәkib
yenә qızın sifәtinә baxdı: “Neylәyim, buna necә yardım
göstәrim? Heç olmasa, alnına sirkәli әsgi qoyum, alışıb-yanır
axı. Pәncәrәnin ağzında bir neçә şüşә gördü – hamısı boş idi.
Küncdә kiçik şkaf da vardı. Qapısını açdı. Şkafda nәinki sirkә,
heç çörәk qırığı da yox idi.
“Görәsәn, neçә gündür bu haldadır?”. Bir saatdan artıqdır
zәng elәmişәm, tәcili yardım isә gәlib çıxmadı. Yәqin, yenә
benzinlәri yoxdur. Ölkәnin yiyәsi var? Yiyәsiz vә әdalәtsiz
ölkә haqda deyirlәr “üstü samanla örtülüb.” Bizimsә ölkәmizin
üstünü örtmәyә heç samanımız da yoxdur. İndi dә filosofluq
elәmәyә başladım. Bәs bu yazığın axırı nә olacaq?”
***
Hәkimin ürәyi ağzına çıxmışdı. Yәqin, çardağa qalxmaq –
qalxmaq yox, dırmaşmaq – ondan ötrü çәtin idi.
Hәkim alçaqboylu, dolubәdәnli, tibb bacısı isә uzundraz,
yekәburun idi.
İkisi dә otağa elә narazı nәzәr salırdılar ki, elә bil qadın
onlara on ildәn artıqdı ki, borclu idi.
– Qıza nә olub? – hәkim soruşdu.
Qadın çiyinlәrini çәkdi:
– Bilirsiniz, mәn bura tәsadüfәn gәlib çıxmışam...
– Qonşususunuz? – hәkim bu dәfә rәhmdil sәslә soruşdu.
– Yox... bәli! – qadın özünü lap itirdi.
Hәkim xәstәni yoxladı.
274 – Xәstәxanaya aparmağa ehtiyac yoxdur. O qәdәr dә
qorxu lu şey deyil. Sәtәlcәm olub. Görünür, çox diqqәtsiz
qızdır. Yeri gәlmişkәn, evdә müalicә olunsa, daha yaxşıdır.
Heç bilirsiniz, xәstәxanamız necә soyuqdur? Dәrmanlarımız
da yoxdur. Qohumlarına xәbәr elә.
Hәkim sözlәri qırıq-qırıq deyirdi. Elә bil danışmır, can
verirdi.
“Çox güman ki, ürәk xәstәliyi var”, – qadın fikirlәşdi.