Page 270 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 270
Görcö nÿsri antologiyası
Güman elәyirdi ki, gördüklәri onu sevindirәcәk, amma
ürәyi yenә dә bәrk sıxılırdı. Güzgüdәki oxşarını diqqәtlә
gözdәn keçirdi. “Lakin gәncdir!” – Ürәk ağrısı ilә düşündü.
Görәsәn, günün günortaçağı yataqda niyә nazlanır? Yәqin,
adәtidir: gündüzlәr yatır, gecәlәr isә әrimi dәli elәyir.”
– Su! – qız inildәdi.
“Su әvәzinә zәhәr istәmirsәn ki?” – qadın beynindәn
keçirdi...
Bir müddәt dodaqları qupquru qurumuş, daşa dönmüş
kimi, cәsarәtsiz halda yerindәcә mıxlanıb qaldı. Lakin birtәhәr
cürәtini toplayıb yatağa yaxınlaşdı. Taxtın yanındakı masanın
üstündә gözünә sataşan termometr qırx dәrәcәni göstәrirdi.
Qızın sifәtindәn dәhşәtli iztirab çәkdiyi görünürdü...
“Xәstәdir”, – qadın indi başa düşdü.
Bax indi bu civәni stәkanına tökәsәn, bәsidir... Bunu kimin
elәdiyini bilmәyәcәklәr. Hәr halda, hamı fikirlәşәcәk ki, özünü
öldürüb.
Qadın neylәyәcәyini bilmirdi.
– Su! – qız yenә pıçıldadı, hәrarәtdәn qurumuş dodaqlarını
tәrpәtdi...
Qadın su dolu stәkanı ona uzatdı. Әlini alnına qoydu.
– Ana! – qız gülümsәmәyә cәhd elәyib onun әlindәn tutdu.
Qadın әlini sanki ilan ağzından dartıb çıxardı. “Uşağım
olsaydı, elә bunun yaşıdı olardı”. O, qәribә şәfqәt duydu.
Sonra isә qәzәblәndi.
“Övladım bunun kimi olsaydı, әlimlә öldürәrdim. Çox
güman ki, yazıq anasının da qәlbini qırıb, o da heç danışdırmır.
Nә qәdәr tәhqir edilib! Bәs necә, atası yaşda kişiyә uyub”.
270
– Yox! Donuz damına girmәyәcәyәm, girmәyәcәyәm!
Qorxuram! – qız var qüvvәsiylә başını silkәlәyirdi...
Sonra yatağının içindә dikәlib hәrarәtdәn kәnarları
iltihablanmış gözlәrilә otağı nәzәrdәn keçirdi. Qәfildәn qәribә
fit çalmağa başladı, elә bil otaqda qәfәs quşu civildәyirdi.
Qadın ayaq üstә dayanıb neylәyәcәyini bilmirdi.
“Yoxsa dәli olub?” – o düşündü. Cәld otaqdan çıxıb aşağı
endi.