Page 265 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 265

Marina Soskolauri

          “afәrin” sәslәnib heyranlığını bildirәn, gah da tamaşanın
          uğursuzluğundan dilxor olan tamaşaçıyam.
             Buz deşikdәn gülmәli şeylәr görürәm... Yolla kişi vә qadın
          üzübәri gәlir, görünür, bir-biriylә sözlәşirlәr; yәqin, әr-
          arvaddırlar. Gülmәyim tutur...  Amma yox, gülmәli deyil.
          Yәqin, onlara bir gözümlә baxıram, ona görә belәdir.
             Gәlәnlәrә baxdıqca özümü çox tәnha hiss edirәm. Kaş
          mәnimlә dә kimsә dalaşaydı. Qadın ağlayır... Çox xoşbәxtdir...
          Görünür, başqalarının bәdbәxtliyinә dә hәsәd aparırıq.
             Özüm özümә nәzәr salıram...Yenә gülmәyim tutur...
          Deşikdәn baxdığıma görә yox! Pәncәrәni tamam tәmizlәsәm
          dә, yenә gülmәyim gәlәcәk... O çirkli küçәdә elә şax gәzir ki,
          elә bil bir neçә dәqiqә әvvәl otaq adlandırdığım yuvadan
          çıxmayıb. Unutdu? Halal olsun! Gәrәk yaddan çıxarsın, yoxsa
          küçәdә belә gümrah gәzә bilmәzdi.
             Dayanır, bir tanışı ilә әl tutub görüşür. Hәmin kişini
          tanıyıram: hamıdan vә hәr şeydәn bezmiş bәdbәxtin biridir.
             Yenә dә özümә baxıram... Donmuş ayaqları titrәmir.
          Görәsәn, üşümür?  Tanışı ilә elә rahat söhbәt elәyir ki...
          Doğrudanmı, altı sürtülmüş ayaqqabılarını vә şaxtanı unudub?
             Söhbәtdәn yorulur, vidalaşıb yoluna davam elәyir. Hәmin
          kişi, doğrudan da, bezikdiricidir, mәn axı onu tanıyıram...
          Özündәn usanmış adamdan hamı tezliklә bezir... Ya da, ola
          bilsin, insanlar özlәrindәn beziblәr, başqası nәylәrinә lazımdır
          axı... Ya da... Nә bilim?!.
             Hәә, gedirlәr, gәlirlәr, bir-birinin ayaq izlәrini müqayisә
          elәyirlәr... Düz gedirlәr, sonra sağa, daha sonra sola dönürlәr...
          Getdiklәri yeri bilirlәr... Bilirlәr ki? Bir-biri ilә yoğrulub-  265
          qarışmış xoşbәxtlik vә bәdbәxtliyin  әtrafında fırlanırlar, on-
          lara elә gәlir ki, hәr şeyi bilirlәr...
             Kimisә dәfn elәyirlәr. Haldan düşmüş ölü yiyәlәrinin
          ağlamaqdan ağızları әyilib... Görәsәn, bu da baxdığım deşiyin
          günahıdırmı?..
             Yenә dә özüm özümә baxıram... Dәfn mәrasiminә qoşul -
          du... Daha doğrusu, mәrasimә deyil, insan axınına qarışdı...
   260   261   262   263   264   265   266   267   268   269   270