Page 264 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 264
Görcö nÿsri antologiyası
BUZ DEŞİKDӘN GÖRÜNӘN GÜN
enә qar yağır. Pәncәrәnin yuxarı hissәsindәn o qәdәr
Ybuz lülәsi sallanır ki, elә bilirәm, stalaktitli mağara -
dayam.
Yuxudan oyanmış yarasaya oxşayıram – fikirlәrimi şәhәrin
küçәlәrinә ultra-sәslәrlә göndәrir, sonra yenidәn şüurumda
toplayıram.
Sırsıra bağlamış buz pәrdәsini әritmәk üçün pәncәrәnin
şüşәsini hovxurub içәridәn tәrlәdir, isti әllәrimlә toxunuram.
Axır ki buzun üzәrindә kiçik deşik açıram: mәncә bu, dünyaya
bir gözlә tamaşa elәmәk üçün yetәr. İndi üfüqü tamam görә
bilәrәm. Nәyi görә bilmәyәcәyәm? Hәyat da riyaziyyata
oxşayır: bir neçә riyazi düsturdan yeni düstur çıxarmaq olar.
Belәliklә, ağıllı adam bir-iki dәfә gördüklәrinin vә hәyati
düsturların kömәyi ilә görünmәz şeylәri dә dәrk elәyәr.
Lakin... Riyaziyyatdan fәrqli olaraq, hәyati düsturlar nadir
hallarda dәqiq olur...
Cәhәnnәm olsun, bәlkә, belә daha yaxşıdır... Bәlkә, buz
deşikdәn hәyata tamaşa etmәk şüur üçün mәşqdir.
Mәnә elә gәlir, hәyatım fantastik, süjetsiz romandır;
mәnsә öz dәri vә sümüklәrimә pәrçim olunmuş hәyatam. Bәli!
Mәn “mәn” deyilәm, hәyatam, әtim-qanım isә bu hәyatın
libasıdır. Guya mövcud hәyat sonra geyimlәrini soyunub
küçәdә sulu qarın içindә yeriyәn insan axınına qarışır.
Mәn dә buz deşikdәn insanlar arasındakı özümә baxıram.
264 Kimәm, yaxud nәyә görә mövcudam? Hәm dә mәgәr mәn –
tәkcә mәnәm? Küçәdә dә gedib-gәlәn müxtәlif adlarla pәrdә -
lәnmiş “mәn”lәr olacaqlar. Lakin güman ki heç bilmirlәr, heç
ağıllarına gәlmir, bәlkә, bu haqda heç düşünmürlәr.
Paltaryuyan qadının әllәritәk nimdaşlaşmış beynimin
qırışlarında qәribә fikirlәr qaynaşır. Elә bilirәm, ağır işdәn
әmәlә gәlәn çatlar – kulislәr, şüur isә sәhnәdir, fikirlәr hәmin
sәhnәdә müxtәlif tamaşalar qoyurlar. Mәn isә... Mәn gah