Page 261 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 261

Qoderzi ×oxeli

             Belәliklә, camaat gecәni yuxusuz keçirdi.
             Görünür, göy üzü qaraçıları geri buraxmırdı.
             İki gündәn sonra qonşu kәnddәn bir adam onlara buradan
          uzaqlarda at belindә çapan qaraçılar gördüyünü dedi.
             Kişilәr atlanmaq istәdilәr, ancaq faydası yox idi –  gecik -
          miş dilәr.
             – Maraqlıdır, onlar hәyatımızı bütün xırdalıqlarınacan
          haradan bilirdilәr?! –  Camaat şübhә içindә qovrulurdu.
             – Bәs bağban hanı!.. –kişinin arvadı qәfildәn ortaya söz
          atdı.
             Bağban camaatın yadına indi düşdü.
             – Başımızı kәsin, qaraçıları bizim üstümüzә o göndәrib! –
          qadınlar ipә-sapa yatmırdılar.
             – Burada bağbanlıq nә var?!
             – Bizim haqqımızda qaraçılara o danışıb. Özünü elә
          göstәrirdi ki, guya kәndә enmәk çәtindir, әslindә, gecәlәr
          qaraçıların yanına gedir, onlara yol göstәrir.
             Sәfeh yerinә qoyulmuş, özündәn çıxmış camaat intiqam
          odu ilә alışıb-yanırdı. Hәrçәnd bәzilәri bağbanın günahkar
          olduğuna inanmırdı. Buna baxmayaraq, qәzәbinә yenik
          düşmüş adamlar üçün kimdәn qisas almağın fәrqi yox idi.
             Yazıq bağban camaata yalvarırdı:
             – Bir mәni başa salın görüm, sizә nә pislik elәmişәm,
          günahım nәdir?
             Ancaq camaat eşitmirdi. Bağbanı Araqvinin şahә qalxmış
          sularına sarı sürüyürdülәr. Onun protez ayağı yolda kola ilişib-
          qalmışdı.
             – Ayağım, ay camaat, ayağımı itirdim... Buraxın mәni,  261
          fikriniz nәdir axı?
             Ağlını itirmiş kütlә bağbanın yalvarışına mәhәl qoymurdu.
             Cavab olaraq onu Araqvinin soyuq sularına atdılar. Dalğa -
          lar bağbanı bircә dәfә üzә çıxartdı, bir Allah bilir, bağban o
          qısa, bir anlıq müddәtdә bәyaz çiçәklәrә bürünmüş armud
          tinglәrinә nәzәr sala bildimi?..
             – Al, bu da sәnin unutqanlıq çayın! – sahilә yığışmış ca-
          maat ürәyindә dedi.
   256   257   258   259   260   261   262   263   264   265   266