Page 257 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 257
Qoderzi ×oxeli
– Bilirsiniz, bu dünyada mәnim kimi tәnha adam tapılmaz,
ona görә belә adlandırıblar. Gerçәk adım isә Kotiladır, ancaq
Martua adı mәnә daha doğmadır.
Mәni Kotila çağırsanız, ola bilsin, cavab vermәyim.
– Bәs arvadın, uşaqların haradadırlar?
– Onlar çoxdan yoxdurlar, – bağban susdu…
Adamlar da susub dinmәdilәr.
O gecә bağban Piduainin evindә qaldı.
O biri gün çala qazdılar. Qәrib adam tinglәri ehtiyatla
torpağa basdırır, fidanların hәr birinә qәribә xeyir-dua verirdi.
– Bilirsiniz, bunlar körpә uşağa oxşayırlar, müәyyәn vax-
tacan qulluq elәmәk lazımdır.
Bağbana protez ayağı aşağı әyilmәyә imkan vermә diyin -
dәn, o, tinglәri basdıranda mәcburәn yanını torpağa qoyurdu.
Buna görә dә hәr dәfә üst-başı toz-torpağa bulaşır, işi bitәndәn
sonra da çox çәtinliklә ayağa qalxırdı.
O, ikinci gün Laduainin evindә gecәlәdi.
Sәhәr keşişin arvadı hәyәcanla qışqıra-qışqıra kәndә qaçdı:
– Qaya! Qaya! Bәdbәxtlik üz verib! Qaya torpaqdan
aralanıb!
– Nә qayadır elә? Haradadır?
– Meşәdә… tәpәdә… kәndin üst tәrәfindә.
– O qaya Nuh әyyamından oradadır, sәn onu tәzә görürsәn, –
keşiş üz-gözünü turşutdu.
– Yox, o qayanı әvvәllәr dә görmüşәm, ancaq indi taleyi -
mizi hәll elәyәcәk.
– Necә yәni, taleyimizi hәll elәyәcәk?
– Torpaqdan aralanıb, indicә kәndә doğru diyirlәnәcәk. 257
– Bәyәm adam-zaddır? Torpağın üstündә elәcә durur,
әsrlәrlә dә elәcә duracaq.
– İnanmırsınızsa, gedәk, öz gözlәrinizlә görün, – keşiş
arvadı camaatı öz arxasınca apardı.
Camaat donub-qaldı. Altındakı torpaq yatmış, qaya sanki
tәpәdәn sallanmışdı.
– Bax indicә diyirlәnәcәk, birinci mәnim evimi yıxacaq, –
keşiş fikirli halda dedi.