Page 258 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 258
Görcö nÿsri antologiyası
– Sәnin evindәn sonra da mәnim evimi әzib keçәcәk, –
Laduai boğuq sәslә xırıldadı.
– Sonra mәnim evimi yerlә-yeksan edәcәk…
– Sonra mәnim evimi göyә sovuracaq…
– Sonra mәnim evimi… – qonşular mәhkumlar kimi növ -
bә ilә sәslәnirdilәr.
Qaya, doğrudan da, elә bil onların taleyini hәll elәyәcәkdi.
Hәqiqәtәn, çox böyük idi, onu dartıb harasa aparmaq olmazdı.
– Bir az aşağıda dәrin xәndәk qazmaq lazımdır ki, qaya
diyirlәnsә, hәmin xәndәyә düşsün, – keşiş dedi.
– Aşağı da qayalıqdır, qazmaq mümkün deyil. Ümu -
miyyәtlә, bu nәhәngin alt tәrәfindә heç kәs işlәmәz, çünki
azacıq silkәlәnib yerindәn oynasa, aşağı diyirlәnә bilәr vә
adamı altında әzib fәtirә döndәrәr.
– Sizә qayadan qurtulmaqda kömәk elәyәrәm,– bağban
dedi.
– Necә?
– Onu ehtiyatla, tәlәsmәdәn xırda-xırda sındıraram.
– Biz dә bu işdә sәnә kömәk elәyәrik, – keşiş vә kәndlilәr
xorla sәslәndilәr.
– İncimәyin, sizә ehtiyac yoxdur, çünki burada ehtiyatla
işlәmәk lazımdır ki, qaya yerindәn oynamasın.
Elә hәmin gündәn bağban qayanı xırda-xırda sındırmağa
başladı. Әllәri qana bulaşsa da, işi buraxmadı. Xeyli arıqladı,
sifәti yanıb qaraldı, yenә dә inadından әl çәkmәyib işinә
davam elәdi. Gecәlәr tәpәdәn kәndә enib tinglәrinә baş çәkdi,
onları ruhlandırdı: “Qorxmayın, mәn qayanın sizi әzib mәhv
elәmәsinә imkan vermәrәm. Sizin işiniz bu torpaqda yaşa -
258
maqdır, qaya nә qәdәr möhkәm olsa da, öhdәsindәn gәlmәk,
üstәlәmәk lazımdır. Neylәmәk olar, tәzәdәn sizi camaatdan
geri almayacağam ki, nә fikirlәşәr, nә deyәrlәr…”
Qaya vә insan yarışırdılar. Qaya parçalanmaq, insan isә
ona tәslim olmaq istәmirdi.
Tinglәr dirilib yavaş-yavaş tumurcuqlayırdılar.
Yaz yenidәn gücünü göstәrirdi.
Araqvinin bulanıq suları qәzәbli vә sәs-küylü idi.