Page 262 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 262
Görcö nÿsri antologiyası
Artıq heç kәs mәhz bağbanın günahkar olduğuna şübhә
elәmirdi.
Unutqanlıq çayı isә biganә tәrzdә axırdı. Bir müddәt
ötәndәn sonra qaraçılar da, bağban da adamların yaddaşından
silindi.
Tәbiәtsә... gәrәk ki, tәbiәt zamanla ayaqlaşır, nә xeyri, nә
dә şәri unudur. Araqvi bağbanın cәsәdini bu dünyadan
gizlәyәndәn bәri armud ağacları dümağ çiçәklәrә bürünür.
Әlәdüşmәz möcüzәlәrdәn olan hәmin çiçәklәri bir vaxtlar
Qudamakari sakinlәri görmüşdülәr. O möcüzәni dә hansı
gözә görünmәz qüvvәnin yaratdığını heç kәs bilmir. Bu unut -
qanlıq çayı haradan yaranır, hara axıb gedir? Bir halda ki insan
xeyirxahlığı vә xәbisliyi o çayda eyni dәrәcәdә puç olur, bizim
bu dünyaya gәlmәyimizin, yaxud bu dünyadan getmәyi mizin
mәnası varmı?
Hәr halda, bir mәnası var, yoxsa bu armud ağacları niyә
çiçәklәyir axı?!
262