Page 267 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 267
Marina Soskolauri
– Qızım, çox tәlәsirәm, bәlkә, növbәni mәnә güzәştә
gedәsәn?
Qarşımda qarapaltarlı bir qadın durur.
– Sizә?
Gözüm onun dirsәklәri didilmiş qara donuna vә qaşlarının
üstünәcәn çәkilmiş lәçәyinә sataşdı. Sonra әllәrinә fikir ver -
dim: çat-çat idi, barmaqlarının dırnaqları yeyilmişdi. Qәri -
bәdir!
– Sizә? – yenә tәkrar elәdim. – Amma mәn dә tәlәsirәm
axı, xanım, o, mәni gözlәyir...
Qadın bir anlığa duruxur, sonra qapını açır. Dәrhal da...
Bәlkә, hәqiqәtәn, o qadını da kimsә gözlәyir... Bәlkә, o da
onu kiminsә gözlәdiyinә inanır... Bәlkә, gecikir...
Dәli kimi bayıra qaçıb qadının arxasınca çatıram.
– Xanım, geri qayıdın... – Nәfәsimi zorla dәrirәm. – Nә
olar, qayıdın... – Әllәrindәn tuturam. – Çox xahiş edirәm,
qayı dın.
Gözümdәn bilәyimә iki damla yaş düşür...
– Yox!.. Bilirsiniz, elә bildim ki...
***
Gün başa çatır... Gecә yaxınlaşır.
Bәyәm günlәrin hәrәsi bir hәyat – qısa hәyat – deyilmi?
Bәyәm hәr gün keçmişimizlә, elәcә dә bugünümüzlә vә
gәlәcәyimizlә qarşılaşmırıq?
Bәyәm hәyatımızın hәr dәqiqәsi ölüm ayağında olan
adamın gözünün qabağına bir anda bütün keçmişini gәtirәn so-
nuncu dәqiqә deyilmi?! 267
Bir dә ki bәyәm gәlәcәk haqda düşündüyümüz hәr dәqiqә
әbәdiyyәt duyğusu deyilmi?