Page 269 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 269
Maüvala Qonaøvili
SӘRÇӘ DONUZ DAMINDA
örәcәyәm, görmәyәcәyәm, görәcәyәm, görmәyәcә -
Gyәm... görәcәyәm. Hә, yoxsa yox, hә, yoxsa yox?
Çardağa pillәkәnlәri saya-saya nәfәsini dәrmәdәn qalxdı.
Buna uşaq vaxtından vәrdiş elәmişdi; bir şey barәdә
fikirlәşәndә hәmişә metrodakı lampaları, pillәkәnlәri, küçәdә
sırayla düzülmüş ağacları, Allah bilir, yenә nәlәri saymağa
başlayırdı: “Hә, yoxsa yox, hә, yoxsa yox?!”
Başını qaldırdı. “Orada yaşayır. Şübhәsiz, orada yaşayır”,
– fikirlәşdi. Tәsәvvürünә gәtirdi ki, әri bu pillәkәnlәri qalxır,
kiçik taxta qapıdan girir. Neçә dәfә o hәyasızın gözünün içinә
necә baxacağı, necә hәr şeyi üzünә deyәcәyi barәdә düşün -
müş dü.
Hәrdәn guya әrini onunla qucaqlaşdığı mәqamda yaxala -
dığını da tәsәvvür elәyirdi. “Yox, yalnız quru sözlәr kifayәt
deyil. O, mәni dörd ildir “tәnhalıq qazanında bişirir” axı, mәn
qısqanclıq odunda yandım axı... Sözlәr... Onun kimi namus-
suzla nә danışasan... Gәrәk saçından tutub ayağımın altına
salam.”
Qapının yanında dayandı. “İndi nә elәyim?” – o fikirlәşdi,
sanki qәfildәn qәlbinin bir az әvvәlki atәşi sәngidi, vüqarı
oyuncaq evcik kimi uçub töküldü.
“Neylәyim? Qapını döyüm, yoxsa birbaşa içәri girim?!
Neylәyim?” İstәdi geri dönsün, amma tәrәddüd elәyirdi. “Yox,
qayıtmaq düz deyil! Әzilmişdәn sınıq yaxşıdır, nә olar, olar!”
Qapını tәrәddüdlә itәlәdi. 269
Otaq çox kiçik, hәm dә qaranlıq idi. Dar pәncәrәdәn zәif
işıq düşürdü. Әtrafa göz gәzdirdi...
Balaca masa. Üçayaqlı stul. Tozlu güzgü. Küncdә taxt.
Taxtın üstündә bir qız.
“Yatır”, – fikirlәşdi. Addım atmağa cürәt elәmәdi. Gözlә -
ri ni qızın üzünә zillәdi: “İlahi, necә dә çirkin, necә dә arıqdır!
Mәni buna dәyişdi? Bu pişik balasına dәyişdi?”