Page 256 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 256
Görcö nÿsri antologiyası
illәr keçәndәn sonra hәr cür soyuğa alışacaq, heç nә hiss
elәmәyәcәksiniz.”
“Sәn hәlә möhkәmlәnmәlisәn, yazda qol-budaq atıb
boyuna vermә, әvvәlcә gövdәnә qüvvә topla.”
“Görürsәn, sәn dә bir az dәcәllik elәmәyi xoşlayırsan.
Unut ma ki, buranın camaatı xasiyyәtcә bir az tünddür,
dağlıdırlar, nazınla oynamazlar.”
“Buna bir bax, sәn niyә bürüşübsәn, nәdәn xoflanırsan?
Qorxma, sәni yadlar arasında tәk qoymayacağam, tez-tez gәlib
baş çәkәcәyәm. Sizsiz mәn dә darıxacağam axı.”
“E-he-he! Sәnin yarpaqların niyә burnunu sallayıb, dos-
tum? Yoxsa bu yerlәr xoşuna gәlmir?”
“Sәnsә gәrnәşәn kimi budaqlarını yanlara atma, hәlә
tezdir…”
Onun başı tinglәrlә söhbәtә elә qarışmışdı ki, camaatın
yaxınlaşdığını hiss elәmәdi.
– Armud olmağına armuddur, ancaq hansı növdür? – ting
götürәn keşiş arvadı soruşdu.
– Tezyetişәn faraş növdür, şirin, dadlıdır.
– Neçәyә satırsan?
– Heç neçәyә. Alverçi deyilәm. Bilirsәn, istәyirәm ki,
tinglәrim doğma diyarın hәr yerindә kök atsınlar. Nә versәniz,
sağ olun.
– Yunla dәyişmәk olar?
– Necә buyurursunuz, ixtiyar sizindir. Ancaq onları gәrәk
torpağa özüm basdıram. Әgәr etiraz elәmәsәniz, bir hәftә sizdә
qalardım. Bilirsiniz, yad şәraitә uyğunlaşmalıdırlar. Onlara
256
necә qulluq elәmәyi, hansına necә qayğı göstәrmәyi yaxşı
bilirәm. Axı bu fidanlar çox körpәdirlәr, heç düz-әmәlli bәrki -
mәyiblәr.
Hәrә istәdiyi qәdәr ting götürüb bağbanla birgә kәndә
yollandı. Kәnd camaatı onunla tanış oldu.
– Mәnim adım Martua, yәni tәkdir.
– Martua?