Page 252 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 252
Görcö nÿsri antologiyası
kimi danışmaq olur, o da meşәbәyidi. Barımı ona söz ver -
mişәm, ancaq acgöz adamdı, mәnim küknar olmağımla heç
razılaşmaq istәmir. Hәrdәnbir yenә deyinir ki, kaş gilas olay -
dın, ağzımı şirinlәdәrdim.
Bu gün yenә gәzmәyә çıxmışdım. Arvadım mәndәn ayrıl -
mır, qorxur ki, budağım ağırlıq elәyәr, uçuruma-zada düşә -
rәm. Öz taleyiylә barışıb.
Cğunai ayrı kәndә köçdü, daha biz tәrәflәrә gәlmir. Onu
ürәyim yaman istәyir, yaxşı dost idi.
Keçәn hәftә toya getmişdim, bir qәşәng qızla rәqs elәdim.
Onun da mәnim kimi bәdöv bәdәni vardı.
Burada bir әyyaş kimi yaşayır, hәr keflәnәndә baltanı
götürüb itilәyir, deyir:
– Berini kәsәcәyәm! Berini kәsәcәyәm!
Ondan uzaq gәzirәm, qorxuram, kefli adamdan nә desәn,
gözlәmәk olar, birdәn mәni, doğrudan da, kәsәr.
Burdakı meşәlәr artıq saralır. Onlar mәnim yamyaşıl
olduğuma, rәngimin dәyişmәdiyinә çox tәәccüblәnirlәr.
Yeridiyimi görәndә dәli olurlar. Yәqin, belә hesab elәyirlәr,
göydәn gәlmişәm. Elә qısqanırlar ki…
Onlara başa saldım ki, göydәn-filandan gәlmәmişәm.
İnanmadılar, dedilәr:
– Əgәr torpaqda yaranıbsansa, rәngin niyә bizim rәngimiz
kimi dәyişmir. Yerdәki ağaclar yerimirlәr, sәnsә hara istәsәn,
gedirsәn. Hәm dә yarpaqların bizim yarpaqlarımıza oxşamır.
Nә deyә bilәrәm? Onları necә inandırım? Vәlәsi yenә
inandırmaq olar, qalanlarısa yaman inadkardı.
252 Meşәni pәrt elәmәk istәmirәm, bir tәrәfdәn dә onlarsız
dura bilmirәm. Meşәnin lap ortasında balaca bir çinar var,
onu hәr gün görmәsәm, dözә bilmәrәm. Mәni görәndә elә әsir
ki… Yәqin, o da mәni sevir. Axır vaxtlar çox yaxınlaşıram,
deyә sәn, arvadım şübhәlәnib. Qorxuram, mәni hәdәlәyәn o
kefli kişini tovlayıb çinarı kәsdirsin.
Mәncә, kәndçilәrim dә ağaclar kimi şübhәlәnmәyә başla -
yıblar. Kәndin qırağında bir qoca kişi yaşayır, bu dünyada bir