Page 249 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 249
Qoderzi ×oxeli
***
Beri qoz meşәsindә xeyli gәzdi, sonra fikirlәşdi ki, fın -
dıqlıqda gәzmәk küknara daha çox xeyir verәr, ona görә dә
yuxarı getdi. Yolda meşәbәyi rast gәldi.
– Necәdi, quruyur? – Beridәn soruşdu.
– Hә, nәsә yaxşı deyil.
– Elә bil ürәyinin ağrısı da bunu gözlәyirmiş.
– Elә onu de dә!
– Düzü, Allahın rәhminә nә deyim, bu meşәlәrdә küknar
bitmir, sәnin çiynindә hardan bitdi axı… Onun әvәzindә bir
uşaq versәydi…
– Mәn Allaha elә buna görә dә minnәtdaram, kaş quru-
maya.
– Nә qurumaya, görmürsәn, artıq soluxur. Bir dә, a kişi, a
sağolmuş, bәxt deyil, bәs nәdi, niyә Allah ayrı ağac bitirmәdi,
yenә gilasdan-zaddan olsaydı… Tanrının insafı yoxmuş ki…
– Mәn heç dә narazı deyilәm, – Beri dedi.
– Elә bir yana baxanda, düz deyirsәn. Eşitmişәm, küknar
qozasından qursaq dәrmanı düzәldirlәr, bu ağrı mәni öldürdü,
a kişi. Bizim meşәlәrdә bir küknar da tapmazsan, hamısı vәlәs
vә palıddı. Qardaşımsan, әgәr qurumayıb bar gәtirsә, barını
heç kәsә vermә, mәnә ver, bәlkә bu ağrıya dәrman oldu.
Yoxsa, vallah, az qalır mәni öldürә.
Beri küknarın ilk barını meşәbәyiyә söz verib, tәk-tәnha
yoluna davam elәdi.
Tәpәnin başında oturub dincәldi.
Dörd tәrәfi açıqlıq idi, hәmişә burada ayaq saxlayıb dincini
alar, küknarı sığallayardı. Bu yer çox xoşuna gәlirdi. Bir az 249
dincәlәndәn sonra qalxdı, kolluqda elә gizlәndi ki, ancaq kük-
nar göründü. Belәcә xeyli durdu, nәhayәt, küknara balaca bir
quşcuğaz qondu, bir az cikkildәdi, uçub getdi. Beri qalxıb
quşun arxasınca minnәtdarlıqla baxdı.
Sonra yenә bayaqkı yerindә oturub sol çiynini qayalıqdan
әsәn külәyә tutdu.
Aşağıdakı Araqvi meşәliyi milyon gözlә ona baxırdı.