Page 244 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 244
Görcö nÿsri antologiyası
Heyrәt insanın gözlәrini dörd elәmişdi. Şәhәrin ortasındakı
nәhәng saatlı ağ qüllәni tanıdı...
Axşamüstü idi, qürub çağının qanı sәmanın kәnarlarından
süzülüb axırdı. Qaqunililәr bir tәrәfi parçalanmış, yarısı yan -
mış, yanları hisli-qurumlu qayığı gördülәr, onun da dor ağacı
par çalarına kimsә yad, çılpaq vә әzab verilmiş insanın cansız
bәdә nini yapışdırmışdı.
MİXA
Mixa babamın qardaşı idi.
Yadımdadır ki, peyğәmbәrә oxşayan o insanın üzündә
lәya qәt vә mәnim üçün bu gün dә әlçatmaz olan qüssә hәkk
olunmuşdu.
Onun heç vaxt nә arvadı, nә dә uşağı olmuşdu.
Bütün gәncliyini sanballı, qara cildli, yarısı sürtülmüş kita -
bı oxumağa hәsr elәdi. Sonra isә tәnha insan kәndin qırağında,
dәniz yaxınlığında mәskәn salmış, hәyatının qalan hissәsini
hәmin kitabın vәrәqlәrinә bükülmüş eşmә çәkmәklә keçir mi ş -
di.
Belә fikirlәrә qәrq olmuş halda özünün dәlmә-deşik, qış-
yay bomboş olan daxmasının qabağında oturar, qışın soyuğun -
da, yayın qızmarında dәnizә tamaşa elәyәrdi. Hәr gün tәnbәki
tüstülәdәrdi, insan oğlu onun ruhunu hansı fikirlәrin ağırlaşdır -
dığını dәrk elәyә bilmirdi.
Vaxt ötdü, kitabın vәrәqlәri tükәndi. Elә hәmin müddәtdә
dә Adәm dövründәn qalan daxma da hissә-hissә, taxta-taxta
dağıldı, bu zaman da Mixo ev tikmәk qәrarına gәldi.
244 Yenә bir ilә çox qәribә bina tikdi. Evinin, az qala, nә
bacası, nә dә qapısı vardı. Hәm dә elә dar, tavanı elә alçaq idi
ki, adam içәridә ancaq uzana bilәrdi.
O, hәmin ilin qışında dünyasını dәyişdi.
Qonşular vә xeyirxah adamlar çox fikirlәşdilәr, çox müba -
hisә apardılar, nәhayәt, xeyli tәrәddüddәn sonra belә qәrara
gәldilәr ki, onu öz әli ilә tikdiyi evindә torpağa tapşırsınlar,
onu elә özünün şüvül ilә möhkәmlәndirilmiş hәyәt-bacasının
torpağında da dәfn elәdilәr.