Page 242 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 242
Görcö nÿsri antologiyası
MӘLӘK SӘSİ
aqumidә bir balıqçı yaşayırdı. O, bütün günü, daim
Qnә vaxtsa dәnizin o tayında yerlәşәn ölkәni görmәyi
arzulayırdı. Bir dәfә, sәn demә, dostuna deyibmiş: oradan
hәmişә tәәccüb doğuran sәs eşidirәm, belә bir sәs yalnız, әgәr
mümkünsә, mәlәyin sәsi ola bilәr.
Zaman keçdikcә dәnizin tilsimlәdiyi balıqçının gözlәrinin
rәngi dә dәyişdi, mavi rәngdә oldu. Qaqumidә bu, heç kәsi
tәәccüblәndirmәdi. Çünki ola bilsin, dan yeri sökülәndәn
yarıqaranlıq düşәnә, toran qovuşanacan, yuxusunda da daim
dәnizә tamaşa elәyirdi.
Ümumiyyәtlә, hәddәn artıq azdanışan, guşәnişin adam idi.
Elә fikrini bir kәsә bildirmәdәn dә kifayәt qәdәr iri qayıq
düzәltdi. Gözәl günlәrin birindә alatorandan Tanrını yada salıb
yelkәn açdı, hәmin uzaqda yerlәşәn, mәlәk sәsi gәlәn ölkәyә
yola düşdü.
O vaxtlar nәhs, mәşum zamanlar idi, hәr ehtimala qarşı o
da özü ilә qayıqda balaca, yüngül top götürmüşdü.
Az üzdü, çox üzdü, nәhayәt, gözlәnilmәdәn dәnizin
ortasında yaşıl yelkәnli qayığa rast gәldi. Balıqçı özünü itirdi.
O vә yaşıl yelkәnli qayığın sahibi bir-birilәrini nәzәrdәn
keçirdilәr. Aralarındakı mәsafәni qorxu ilә, canlarına titrәtmә
düşmüş halda, gözәyarı ölçüb-biçdilәr. Onların görüşü
әlbәyaxa ölüm-dirim mübarizәsi ilә başa çatdı.
Birinci balıqçının topu gurultu qopardı.
242 Yaşıl yelkәnli qayıq da atәşlә cavab verdi. Onlar gündüzü
gecәyә qatıb döyüşürdülәr.
Nәhayәt, balıqçı rәqibinin qayığını batırdı, halbuki özü dә
әmәlli-başlı ziyan çәkdi – onun dor ağacı vә yelkәninin
yarısını alov mәhv elәdi.
Balıqçının qayığı sürәtini itirdi.
Bir neçә hәftәlik sәyahәtdәn sonra yolda rastına sarı
yelkәnli qayıq çıxdı.